Talep No:
26886
Planlama üzrə mütəxəssis Al Market
Müəssisə:
Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr üzrə)
- Oxşar vəzifədə ən azı 2 il iş təcrübəsi
- Planlama və logistika prosesləri üzrə biliklər
- Analitik düşünmə və detallara diqqət bacarığı
- Excel və ERP proqramlarında işləmək bacarığı
- Komanda ilə işləmə və operativ qərarvermə bacarığı
Vəzifə öhdəlikləri:
- Məhsul portfelinin mağaza və anbarlarda mövcudluğunu təmin etmək üçün müntəzəm sifarişlərin planlanması və tədarükçülərlə koordinasiyanın aparılması;
- Endirim kampaniyaları çərçivəsində məhsulların mövcudluğunu təmin etmək, mağazalara düzgün və vaxtında paylanmanı təşkil etmək;
- İdxal və yerli məhsulların mağazalara və anbarlara bölüşdürülməsini planlamaq, mağazalararası transferləri idarə etmək;
- Yeni kampaniyalara uyğun olaraq məhsul miqdarlarının, yuvarlaqlaşdırma dəyərlərinin və transferlərin düzgün aparılmasını təmin etmək;
- Geri qayıdan stokların izlənməsi, sənədləşdirilməsi və tədarükçülərə təhvil verilməsini təmin etmək;
- Sifarişlərin sistem üzərindən açılması, izlənməsi və vaxtında bağlanması;
- Planlama şöbəsi və digər əlaqədar bölmələrlə əməkdaşlıq edərək məhsul mövcudluğuna nəzarət etmək.
İş vaxtının norması:
5 günlük iş rejimi;
İstirahət günü:
Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı razılaşma yolu ilə;
Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Planlama üzrə mütəxəssis Al Market” qeyd etməyiniz xahiş olunur.