Talep No:
27536
Planlama üzrə mütəxəssis
Müəssisə:
SUN-TEA ÇAY FABRIKI MMC
Vakansiya: Planlama üzrə mütəxəssis
Tələblər:
- Logistika, iqtisadiyyat və planlama sahələri üzrə ali təhsil;
- Müvafiq sahədə ən az 1 il iş təcrübəsi;
- Rus və İngilis dili biliyi üstünlükdür
- MS Office (xüsusilə, Excel, Outlook) proqramlarını bilməlidir.
- Məhsul istehsal planlarının planlaşdırma qaydalarını bilməli;
- Planlama üçün lazımı statistik metodları bilməli;
İş haqqında:
- İstehsal proqnozları, planlar və öncəki dövrlərə aid məlumatların analiz edilməsi, dövri olaraq məlumatların yenilənməsi;
- Tələb planlaşdırmanın həyata keçirilməsi və gərəkli sifarişlərin sistem üzərində sifariş edilməsinin təmin edilməsi;
- Xammal və material hissələrini təslim müddətinə uyğun olaraq təyin edərək sifarişlərin formalaşmasının təmin edilməsi;
- Hazır məhsul, xammal və material qalıqlarının yetərli olmasına nəzarət olunması;
- İstehsal vəziyyətinin, xammal məsrəflərinin həftəlik və aylıq olaraq plan, fakt analizinin tərtib edilməsi;
- Bağlı olduğu rəhbərinə günlük, həftəlik, aylıq, rüblük və illik raport və hesabatların hazırlanıb təqdim edilməsi.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Planlama üzrə mütəxəssis - 27536” qeyd etməyiniz xahiş olunur.
İş Şərtləri:
• Həftə içi 5 gün
İş Yeri:
• Bakı şəhəri
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.