Proqramçı (Full Stack)
Müəssisə:
AZ SƏNAYE BANKI ASC
Tələblər:
- Ali təhsil (Kompüter mühəndisliyi, proqramçılıq, tətbiqi riyaziyyat);
- Dil bilikləri: Azərbaycan – Əla. İngilis- Yaxşı.
- Proqramlaşdırma sahəsində minimum 3 il iş təcrübəsi;
- React təcrübesi olanlara ustunluk verilir;
- Object Oriented proqramlama texnikalarını istifadə edə bilməli, veb əsaslı tətbiqlərin inkişaf etdirilməsi sahəsində təcrübəli olmalı;
- .NET texnologiyaları və həlləri barəsində təcrübə və biliklər.
- MSSQL məlumat bazalarının strukturu üzrə məlumatlar, skriptlərin yazılması.
- APİ (REST/SOAP) yazılımı təcrübəsi.
- Design patternleri ve software arxitekturasi haqqinda melumatli olmasi.
Vəzifə öhdəlikləri:
- Şirkətin iş prinsipini və baş verən prosesləri analiz etmək və anlamaq;
- Müasir proqramlaşdırma dillərini və yeni texnologiyaları mənimsəmək;
- Yazılması lazım olan proqramın analiz edilməsi və verilənlər bazasının strukturunun hazırlanması;
- Tələb olunan proqram təminatının hansı proqram vasitələrindən və proqramlaşdırma dilindən istifadə edilərək hazırlanmasını müəyyən etmək və əsaslandırmaq;
- Tələb olunan yeni proqramların yazılması və ya mövcud proqramlarda modulların dəyişikliyinin edilməsi;
- Yeni yazılmış proqramların digər mövcud proqramlarla inteqrasiyasının yazılması;
- Proqramın ilkin testlərinin və istifadəçi tədrislərinin həyata keçirilməsi;
- Proqram təminatlarında optimallaşdırma işləri aparmaq, onlara müntəzəm texniki dəstək vermək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Proqramçı (Full Stack)" qeyd etməyiniz xahiş olunur.