Proseslərin İnkişafı üzrə Baş Mütəxəssis
“Azersun Holding” haqqında
Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.
Ümumi Tələblər
- Müvafiq sahə üzrə ali təhsil.
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi.
- Anbar idarəetmə və logistika prosesləri üzrə biliklər.
- WMS və logistika yönümlü proqram təminatları ilə işləmə bacarığı.
- Analitik düşünmə, hesabat hazırlama və təqdimat bacarığı
İş Haqqında Məlumat
- “Axata WMS” proqramının administrativ idarə olunmasını təmin etmək.
- Qrup şirkətlərində Axata sistemlərinin qurulması və inkişaf etdirilməsində iştirak etmək.
- X-dock logistika daşımaları üzrə günlük və aylıq hesabatların hazırlanması.
- Logistika fəaliyyətinə dair ümumi hesabatların (Karma hesabat) hazırlanması.
- Mərkəzi logistika proseslərinin təhlil edilməsi və inkişaf istiqamətində təkliflərin hazırlanması.
- Mərkəzi logistikada yükləmə və boşaltma vaxtlarının ölçülməsi və analiz edilməsi.
- Mərkəzi logistika tutumu və məhsuldarlıq göstəricilərinin ölçülməsi və qiymətləndirilməsi.
- İşçi və avadanlıq məhsuldarlığının ölçülməsi və təhlil edilməsi.
- Logistika layihələrinin icrasında iştirak etmək və inkişafına töhfə vermək.
- İş prosesləri ilə bağlı təqdimatların və rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanması
Biz nə təklif edirik?
- İş yeri: Bakı şəhəri, Azersun Holding (Baş Ofis)
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Nəqliyyat: Şirkət tərəfindən təmin olunur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Proseslərin İnkişafı üzrə Baş Mütəxəssis - 29819” qeyd etməyiniz xahiş olunur.