Qəssab

Müəssisə:  BAZARSTORE MMC

Vəzifəyə tələblər

 

  • Fiziki cəhətdən sağlam və əmək qabiliyyətli olmalı;
  • Cəld və səliqəli işləmək bacarığı olmalı;
  • Pozitiv və gülərüz olmalı;
  • Müştəri və satış fokuslu olmalı;
  • Müvafiq sahədə iş təcrübəsinin olması arzu olunandır.
     

 

Vəzifə öhdəlikləri:

 

  • Ət məmulatlarını (dana, quzu, toyuq və s) doğramaq və hissələrinə görə çeşidləmək;
  • Tələb olunan sifarişə uyğun hazırlanmış çeşidləri qablaşdırmaq;
  • Təmizlik və gigiyena qaydalarına riayət etmək.

     

İş qrafiki:


İş qrafiki növbəlidir. Həftədə bir gün istirahət verilir. Nahar şirkət tərəfindən təmin edilir.

"Bazarstore" mağazalar şəbəkəsi Azərbaycanda sürətlə inkişaf edən və dünya standartlarını əsas tutaraq irəliləyən mağazalar şəbəkələrindəndir. Təbii ki, “Bazarstore” mağazalarının uğuru bütün Müəssisə əməkdaşlarının komanda olaraq birgə nailiyyətidir. Bu gün ölkəmizdə müxtəlif sahələr üzrə rəqabət yüksək səviyyədədir. Bu rəqabət ilə ayaqlaşmağın, zamanın tələblərindən geri qalmamağın əsas prinsipləri bunlardır: Müəssisə üzrə kadrların doğru seçilməsi, kadrların iş həyatına müsbət təsir edəcək tədris və təlimlərlə peşəkarlıqlarını artırmaları və ən əsası işçilərin motivasiyasıdır. Şirkətin İnsan Resurslarının bu tələblər üzrə doğru siyasətinin böyük və əhəmiyyətli rolu var.