Talep No:  30410

Qida mühəndisi

Müəssisə:  BAZARSTORE MMC

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil.
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
  • ISO 22000, HACCP, gigiyena və qida təhlükəsizliyi standartları üzrə bilik.
  • Mikroskopdan istifadə qaydalarını bilmək.
  • Məsuliyyətli, diqqətli və sənədlərlə işləmə bacarığı

 

Vəzifə öhdəlikləri:

  • İstehsalat işlərinin mövcud qaydalara və standartlara uyğun yerinə yetirilməsinə nəzarət etmək.
  • Qaraciyərdən parazitlər üçün nümunələr götürmək və analiz etmək.
  • Məhsullardan nümunələr götürərək laborator analiz üçün təqdim etmək.
  • Qida təhlükəsizliyi və sanitariya qaydalarına riayət olunmasına nəzarət etmək.
  • Aidiyyəti qurumun tələb etdiyi rəsmi sənədləri mütəmadi olaraq qeydiyyata almaq və müvafiq idarələrə yönləndirmək.
  • Kəsimxana sənədlərini izləmək və Forma-2 sənədlərini hazırlamaq.
  • Uyğunsuzluq hallarında rəhbərliyə məlumat vermək və tədbirlərin görülməsində iştirak etmək.
  • Personalın məzuniyyət və icazələrini Fiori sistemi üzərindən qeydiyyata almaq.
  • Daxili audit və yoxlamalara hazırlıq prosesində iştirak etmək

 

İş rejimi:

  • Həftə içi 5 gün
  • İstirahət günləri şənbə və bazar günləridir

 

İş yeri:

  • Bakı şəhəri

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Qida mühəndisi - 30410” qeyd etməyiniz xahiş olunur.