Rəqəmsal Marketinq üzrə Baş mütəxəssis
Vakansiya: Rəqəmsal Marketinq üzrə Baş mütəxəssis
Tələblər:
• Ali təhsilli olmalı;
• Rəqəmsal kampaniyaların planlaşdırılması və həyata keçirilməsi üzrə ən azı 3-5 illik təcrübə
• Rəqəmsal trendlər və alətlər (Google Analytics, SEO, SEM, açar söz araşdırması və s.) sahəsində bilik və təcrübə;
• Foto və video redaktə proqramları (Adobe Creative Suite və ya bənzəri) ilə işləmək bacarığı;
• Aktiv və ünsiyyətcil olub mükəmməl təqdimat bacarığı olmalı.
• Yüksək səviyyədə şəxsi təşəbbüs və komanda əməkdaşlığı bacarığı;
• İngilis və Rus dili biliyi üstünlükdür;
İş haqqında məlumat:
- Dreamland-in bütün markaları üzrə sosial media, email və digər rəqəmsal kanallar üçün məzmunun yaradılması və idarə edilməsi
- İstehlakçı davranışları və bazar trendlərinin araşdırılması, analizlərin kampaniyalara inteqrasiyası
- Marketinq kampaniyalarının performansını (ROI, KPI və s.) təhlil etmək və hesabatlar hazırlamaq
- Satış və marketinq komandası ilə birgə innovativ kampaniya strategiyalarının hazırlanması və tətbiqi
- Kampaniya büdcələrinin formalaşdırılması və idarə olunması
- Ən son sosial media və rəqəmsal trendləri izləmək və tətbiq etmək
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Rəqəmsal Marketinq üzrə Baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
İş yeri: Bakı şəhəri
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.