Rəqəmsal bankçılıq üzrə kiçik mütəxəssis

Müəssisə:  AZ SƏNAYE BANKI ASC

 

Tələblər:

  • Ali təhsil (İqtisadi və/və ya Texniki);
  • Dil bilikləri: Azərbaycan – əla; Rus dili və İngilis dili-arzu olunandır;
  • Microsoft Office (MS Excel,Word Power Point )- Yaxşı;
  • Sistem inkişafı üzrə müvafiq sertifikatlar, programlaşdırma dili ve SQL Bilikləri üstünlük təşkil edir;
  • Məntiqi və analitik düşünmə tərzi olmalı;
  • Detallara diqqət göstərmə, davamlı öyrənmə və inkşafa meyillilik, hədəf və nəticə yönümlü olmaq;
  • Komandada işləmə bacarığı.

 

Vəzifə öhdəlikləri:

  • Bank tərəfindən istifadəsinə verilmiş proqram təminatı və alətləri iş prosesinə uyğunlaşdırmaq, qanunvericiliyin və günün tələbinə uyğun təkmilləşdirmək, şöbə/departament tərəfindən aktiv istifadəsini təmin etmək;
  • İş yerində və prosesində istifadə edilən maddi-texniki vəsaitlərin saxlanılmasını və düzgün istifadəsini təmin etmək;
  • Rəhbərliyin tapşırığı əsasında kənar qurumlarda Bankın təmsil edilməsi, iclas, konfrans və seminarlarda iştirak etmək;
  • Daxil olan məktubların vaxtında və lazımi qaydada cavablandırılmasını təmin etmək;
  • Şöbənin fəaliyyət sahəsinə aid olan müqavilələrin hazırlanmasını, hüquqi rəyin alınmasını, imzaya təqdim edilməsini və tərəflərə çatdırılmasını, tələb olunduğu hallarda isə yenilənməsini təşkil etmək; müqavilələr üzrə təhvil-təslimləri həyata keçirmək və ödənişləri təqib etmək;
  • Bank proqramı və digər proqramlarla əlaqədar özünə təsis edilən şifrənin gizlilik və təhlükəsizliyini təmin etmək;
  • Bank sistemində və müxtəlif proqramlarda istifadə edilən istifadəçi kodlarının düzgünlüyündən, gizliliyindən tam məsuliyyət daşımaq, reallaşdırılan əməliyyatların təhlükəsizliyini təmin etmək;
  • Bankın korporativ informasiya təhlükəsizliyi siyasətinə, standartlarına və qaydalarına uyğun hərəkət etmək;
  • Proqram təminatları üçün həyata keçirilən inkşaf layihələrində aktiv olaraq iştrak etmək;
  • Filiallardan daxil olan müraciətlər üzrə problemləri araşdırmaq və həll etmək;
  • Bank və Kart proqramlarının düzgün işləməsini və yarana biləcək problemləri aradan qaldırılmasını təmin etmək;
  • Yeni məhsul yaradılması və iş prosedurlarının təkmilləşdirilməsi üzrə Bankın müvafiq strukturları ilə çalışmaq;
  • Bankda işlərin avtomatlaşmasının təşkil edilməsi məqsədi ilə yeni program modullarının yazılmasını rəhbərliyə təklif etmək;
  • Alınacaq yeni program paketlərin quraşdırılması və sazlanmasında dəstək olmaq, inteqrasiya mövzusunda yardım etmək, təkliflər irəli sürmək;
  • Bankda istifadə olunacaq bank proqramı və sistemlərinin, habelə informasiya texnologiyaları layihələrinin müəyyənləşdirilməsi üçün araşdırmalar aparmaq, bu barədə təkliflər vermək, istifadə edilən bank proqramları və sistemlərini, habelə informasiya texnologiyaları layihələrini əlaqədar struktur bölmə ilə birlikdə idarə və koordinasiya etmək, nöqsan və çatışmazlıqları müəyyən etmək və aradan qaldırılması üçün tədbirlər planını hazırlamaq və əlaqədar orqana təqdim etmək;

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;

İş yeri:

  • Bakı şəhəri, Suraxanı rayonu, “Xəyal Adası” (Dreamland).

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində Rəqəmsal bankçılıq üzər kiçik mütəxəssis” qeyd etməyiniz xahiş olunur.