Rəsmi əlaqələr və vergi üzrə şöbə müdiri
Vəzifə Təsviri:
Azərsun Holdinq olaraq, Pərakəndə müəssisələri üzrə vergi şöbəsinə Şöbə müdiri axtarırıq. Bu rol, əsasən holdinqə daxil olan şirkətlərin (pərakəndə ticarət sahəsi) vergi öhdəliklərini idarə edir, qanunvericiliyə uyğunluğu təmin edir və maliyyə proseslərini optimallaşdırır. O, vergi yoxlamalarında şirkəti təmsil edir, hesabatları nəzarətdə saxlayır və inkişaf təklifləri hazırlayır.
Tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat üzrə);
- Rus, Türk, İngilis dillərini bilmək üstünlükdür;
- Maliyyə, Mühasibatlıq, Vergi üzrə minimum 5 il iş təcrübəsi;
- Beynəlxalq Mühasibat Uçotu və Maliyyə Standartlarını (İFRS) və onların tətbiqini bilməlidir;
- Mühasibat, maliyyə, vergi və dövlət büdcəsi sistemi haqqında məlumatlı olmalıdır;
- BTP proqramından və online kargüzarlıqdan professional istifadə edə bilməli;
- Maliyyə təhlili üsullarını bilməlidir;
- Rəhbərlik etdiyi sahənin fəaliyyətini tənzimləyən normativ aktları, eləcə də rəhbərliyin əmr, qərar və sərəncamlarını bilməlidir;
- Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti sahə üzrə qabaqcıl təcrübəsini bilməlidir;
- İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməlidir;
- İdarəçilik və rəhbərlik qabiliyyətinə malik olmalıdır.
Vəzifə öhdəlikləri:
- İşin gedişi ilə bağlı olaraq Baş mühasib və maliyyə müdiri ilə birgə işləmək;
- Şirkət mənafelərini qoruyaraq Vergi işləmlərinin həyata keçirilməsinə dəstək olmaq;
- Yaxşılaşdırılma və inkişaf ilə bağlı mürəkkəb məsələlər ilə bağlı təkliflər hazırlamaq;
- Hesabat dövrləri (aylıq, rüblük və illik hesabat dövrləri) üzrə vergi bəyannamələrinə, hesabat və təqdim olunacaq məlumatlar a nəzarət və qiymətləndirməsi;
- Vergi qanunvericiliyi və vergi hüququ üzrə məsləhətlərin verilməsi;
- Vergi münasibətlərində vergi ödəyicisinin qanuni və səlahiyyətli nümayəndəsi olaraq iştirak edilməsi. (lazım olduqda vergi idarəsinə getmək)
- Vergi nəzarəti tədbirləri, o cümlədən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti, həmçinin kameral vergi yoxlaması zamanı texniki, əməli dəstəyin verilməsi;
- Yoxlama zamanı yoxlama proseslərində aktiv iştirak etmək, yoxlamanın başlanma tarixindən akt təhvil verilənədək şirkət ilə vergi orqanı arasında körpü olmaq;
- Müəssisələr ilə əməkdaşlıq edən qeyri-rezidentlərə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı DTA01, 02, 03, 04, 05 ilə bağlı vergi organına müraciət etmək;
- Şirkətin vergi kuratoru ilə vergi müasibətilə bağlı bir başa əlaqə saxlanmalı;
- Vergi qanunvericiliyi üzrə təlim, tədrislərin təşkili və aparılması.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Rəsmi əlaqələr və vergi üzrə şöbə müdiri" qeyd etməyiniz xahiş olunur.