Talep No:  25378

Risk, daxili nəzarət, komplyns/daxili nəzarət mütəxəssisi

Müəssisə:  AZ SƏNAYE BANKI ASC

Risk, daxili nəzarət və komplayns departamentinin daxili nəzarət şöbəsinin mütəxəssisi

 

Tələblər:

  • Ali təhsil;
  • İngilis və rus dillərini bilməsi üstünlükdür;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Bank sahəsində minimum iş təcrübəsi 2 il;
  • Həm fərdi və həm qrup şəklində işləmək, analitik düşünmə qabiliyyəti, təhlil və hesabat vermə, problemləri müstəqil həll etmə qabiliyyəti.

 

İş haqqında məlumat:

 

  • Bank fəaliyyətinin bütün sahələrində qanun pozuntusu (dələduzluq, mənimsəmə və s.) hallarının aşkarlanması və araşdırılması tədbirlərini həyata keçirmək;
  • Departament / filialların əməliyyatlarının icrasına nəzarət edilməsi;
  • Təsdiq olunmuş plana əsasən monitorinqlərin aparılması;
  • Rəhbərlik üçün müxtəlif hesabatların hazırlanması;
  • Ofisdən kənarda müxtəlif yoxlamalar;
  • Nağd pul və maddi aktivlərin inventar auditlərini aparmaq, nəticələri yoxlamaq və lazımi sənədləşdirməni təmin etmək;
  • Daxili nəzarət hesabatlarını (aylıq, rüblük, illik) yüksək rəhbərliyə təqdim etmək.
  • Maliyyə, əməliyyat və uyğunluq risklərini müəyyənləşdirmək və qiymətləndirmək, uyğun risk azaldıcı strategiyaları tövsiyə etmək;
  • Bankda nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanmasında və tətbiqində iştirak etmək;
  • Bankda aparılan əməliyyatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu monitorinq etmək və baş verən kənarlaşmaların aradan qaldırılması istiqamətində tədbirlər görmək.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;

İş yeri:

  • Bakı şəhəri, Suraxanı rayonu, “Xəyal Adası” (Dreamland).

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Daxili nəzarət üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.