Talep No:
26894
Risklərin təhlili və hesabatlılıq üzrə mütəxəssis
Müəssisə:
AZ SƏNAYE BANKI ASC
Vəzifə öhdəlikləri:
- Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi (bankın aidiyyəti struktur bölmələri ilə birgə) üzrə işləri həyata keçirmək;
- Risklərin idarə edilməsi məqsədi ilə bankın digər struktur bölmələrindən alınmış məlumatları təhlil etmək;
- Gündəlik riskli əməliyyatlarla bağlı araşdırma aparmaq;
- Risklərin müəyyənləşdirilməsi üçün müxtəlif sorğular hazırlamaq və cavablandırılmasına nəzarət etmək;
- Risklərin müəyyənləşdirilməsi və ölçülməsi üçün sorğuların nəticələrini analiz etmək;
- Bankın fəaliyyət sahələri üzrə risk göstəricilərini təhlil etmək;
- Bankdaxili sənədlərin və iş proseslərinin təhlilini aparmaq, riskli sahələri müəyyən etmək, həmçinin onların aradan qaldırılması üzrə təkliflər vermək;
- Risk xəritəsinin hazırlanmasını və onun icrasına monitorinqi həyata keçirmək;
- Bütün aktiv və passiv əməliyyatlar üzrə risk limitlərini hesablamaq, onlara dəyişikliklər üzrə təkliflər hazırlamaq;
- Aidiyyatı şəxslərlə əməliyyatlar üzrə risk limitlərini analiz etmək və üst rəhbərinə məlumat vermək;
- Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq və kənarlaşmalar barədə məlumatı üst rəhbərliyinə təqdim etmək;
- Aidiyyatı struktur bölmələrlə birgə rüblük stress-testlərin keçirilməsi ilə bağlı departament/şöbə rəhbərliyinin təlimatlarını yerinə yetirmək;
- Bankın aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planını hazırlanmasında iştirak etmək;
- Bankın aidiyyatı struktur bölmələri ilə birgə fəaliyyət növləri üzrə risk limitlərinin hesablanması ilə bağlı departament rəhbərliyinin tapşırıqlarını yerinə yetirmək;
- Risk səviyyəsinin adekvat qiymətlərinin təmin olunması və bankın, eləcə də filialların kredit portfeli üzrə ehtiyatların formalaşdırılması (Bankın müvafiq daxili sənədlərində nəzərdə tutulmuş səlahiyyət çərçivəsində) ilə bağlı məlumatları analiz etmək;
- Risklərin tanınması və idarə edilməsi baxımından bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair araşdırma aparmaq və rəy vermək;
- Bank məhsulları üzrə sazişlərin ekspertizasını icra etmək;
- Risklərin idarə edilməsi işində bankın aidiyyatı struktur bölmələrinə metodoloji yardım göstərmək;
Tələblər:
- Ali təhsil (İqtisadiyyat və/və ya Texniki sahə üzrə);
- Minimum 1 il bank sahəsində iş təcrübəsi (o cümlədən müvafiq sahə üzrə ən azı 6 ay);
- Azərbaycan, ingilis və rus dillərində sərbəst ünsiyyət bacarığı (digər dillər üstünlükdür);
- Microsoft Office və bank proqramları üzrə biliklər;
- Analitik düşüncə, riyazi təhlil etmə bacarığı, həm fərdi, həm də komanda şəklində işləmə qabiliyyəti.
Biz nə təklif edirik:
- İş yeri: Dreamland Baku
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun, rəqabətqabiliyyətli
- İş mühiti: Regionun aparıcı bank şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mühit
Müraciət:
Tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilərsiniz və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Risklərin təhlili və hesabatlılıq üzrə mütəxəssis – 26894 ” qeyd etməyiniz xahiş olunur