Risklərin təhlili və hesabatlıq üzrə baş mütəxəssis
Müəssisə:
AZ SƏNAYE BANKI ASC
Tələblər:
- Ali təhsil (İqtisadi və/və ya Texniki)
- Müvafiq sahə üzrə minimum 2 il, bank sahəsi üzrə 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Əla;
- Bank proqramı biliklər;
- Müvafiq sahədə sertifikatların olması üstünlükdür.
- Məntiqi və analitik düşünmə qabiliyyəti olmalı;
- Komandada işləmək bacarığı olmalı;
- Problemləri həll etmək bacarığı olmalı.
İş haqqında məlumat:
- Aidiyyəti Əməliyyat strukturlarının müraciətlərinə əsasən bankın əlaqələr qurmağı planladığı banklar və təşkilatlarla bağlı risk əsaslı təhlillər aparmaq.
- Bankın illik kənar audit yoxlamaları üzrə məlumatların analiz edilməsi yönündə Baş Risk İnzibatçısının tapşırıqlarını yerinə yetirmək.
- Rüblük əsasda Bankın Risk Xəritəsini hazırlamaq, təhlilini aparmaq və rəhbərliyə təqdim etmək.
- Aylıq əsasda Bankın Likvidlik Riski təhlili hesabatını hazırlayaraq rəhbərliyə təqdim etmək.
- Rüblük əsasda Makro İqtisadi göstəricilərin təhlilini apararaq prezentasiya hazırlamaq və rəhbərliyə təqdim etmək.
- "Banklarda korporativ idarəetmə Standartları”nın tələbləri çərçivəsində bank üzrə məlumatların açıqlanması ilə bağlı Kredit, Likvidlik, Valyuta və Faiz riskləri üzrə təhlillərin bankın aidiyyəti strukturuna təqdim edilməsini təmin etmək.
- Qanunvericiliyin tələblərinə əsasən Makro İqtisadi ssenarilərin təsirləri ilə bağlı stress testi hazırlayaraq nəticələrini Mərkəzi Banka təqdim etmək.
- Rəhbərliyin tapşırığı əsasında bankdaxili sənədlərin və iş proseslərinin təhlilini aparmaq, riskli sahələri müəyyən etmək, həmçinin onların aradan qaldırılması üzrə təkliflər vermək;
- Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq və kənarlaşmalar barədə məlumatı üst rəhbərliyinə təqdim etmək;
- Bankın aidiyyatı struktur bölmələri ilə birgə fəaliyyət növləri üzrə risk limitlərinin hesablanması ilə bağlı departament rəhbərliyinin tapşırıqlarını yerinə yetirmək;
- Risklərin tanınması və idarə edilməsi baxımından aidiyyəti biznes strukturlarının müraciətləri əsasında bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair araşdırma aparmaq və rəy vermək;
- Risklərin idarə edilməsi işində bankın aidiyyatı struktur bölmələrinə metodoloji yardım göstərmək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Servis xidməti mövcuddur;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri, Suraxanı rayonu, “Xəyal Adası” (Dreamland).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Risklərin təhlili və hesabatlıq üzrə baş mütəxəssis” göstərməyiniz xahiş olunur