Talep No:  27467

Süni intellekt (AI) üzrə mütəxəssis

Müəssisə:  AZƏRSUN HOLDINQ MMC

 Azersun Holding haqqında

Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.

Vəzifə öhdəlikləri:

  • Şirkətdə istifadə olunan proqram və sistemlərə AI / Machine Learning funksiyalarının inteqrasiyasını həyata keçirmək.
  • Şirkətin daxili məlumat bazasını analiz edərək bu məlumat əsasında chatbot və ya köməkçi AI sistemlərini hazırlamaq və öyrətmək.
  • Chatbot-un şirkətin məlumatları əsasında istifadəçilərə dəqiq və əlaqəli cavablar verməsini təmin etmək.
  • Məlumatların cloud və ya lokal serverlərdə saxlanması və işlənməsi üçün infrastrukturun planlaşdırılması və tətbiqi.
  • LLM (Large Language Model), NLP və ya hazır modelləri şirkət ehtiyaclarına uyğun fərdiləşdirmək və inteqrasiya etmək.
  • İnteqrasiya edilmiş AI sistemlərinin testi, optimizasiyası və davamlı monitorinqini aparmaq.

 Tələblər:

  • Machine Learning / NLP / AI sahəsində ən azı 2-3 il iş təcrübəsi.
  • Python, TensorFlow, PyTorch və ya oxşar ML framework-ləri ilə işləmək bacarığı.
  • API-lər vasitəsilə LLM (OpenAI, Hugging Face, Claude və s.) modellərini inteqrasiya etmək təcrübəsi.
  • Məlumat bazaları (SQL / NoSQL) və data preprocessing bilikləri.
  • Cloud platformalar (AWS, Azure, GCP və s.) ilə iş təcrübəsi və ya lokal serverdə model yerləşdirmə bacarığı.
  • Daxili məlumat əsasında chatbot / RAG (Retrieval-Augmented Generation) sistemləri qurmaq təcrübəsi üstünlükdür.
  • Komanda ilə işləmək bacarığı və layihələri müstəqil idarə etmək qabiliyyəti.

Üstünlük verilir:

  • OpenAI, LangChain, LlamaIndex, Vector Database (Pinecone, Qdrant və s.) ilə işləmək təcrübəsi.
  • Məlumat təhlükəsizliyi prinsipləri üzrə biliklər.
  • Microservice arxitekturası və RESTful API-lərlə iş təcrübəsi.

Biz nə təklif edirik:

  • İş yeri: Bakı şəhəri, Azersun Holdinq / Korporativ ofis
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Servis xidməti: Şirkət tərəfindən təmin olunur
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
  • İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət

Müraciət

Tələblərə cavab verdiyiniz halda CV-nizi cv@azersun.com ünvanına göndərməyiniz və ya hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Süni intellekt (AI) üzrə mütəxəssis - 27467  ” qeyd edilməlidir.