Talep No:
28835
Sürücü
Müəssisə:
Bakı Gıda ve Yağ Fabriki
Tələblər:
- “B” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi
- Yol hərəkəti qaydalarını və qayda pozuntuları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini bilmək
- Respublika ərazisinin yol xəritəsini tanımaq
- Avtomobilin texniki şərtlərini, ümumi quruluşunu və istifadə qaydalarını bilmək
- Avtomobil cihazlarının göstəricilərini düzgün oxumaq və dəyərləndirmək
- Avtomobilin texniki qulluq planını və baxım metodlarını bilmək
- Texniki xidmət işlərini yerinə yetirməyi bacarmaq (təkərin dəyişdirilməsi, hava vurulması və s.)
- Avtomobilin təmizlənməsi ilə bağlı qaydaları bilmək
- Avtomobilin təmiz və dayanıqlı saxlanmasını təmin edən materiallardan düzgün istifadə etmək
- İstifadə olunan yanacaq və texniki yağların markalarını və texniki xüsusiyyətlərini bilmək
- Avtomobilin istismarı ilə bağlı texniki təhlükəsizlik, yanğından mühafizə və iş zəmanəti qaydalarına bələd olmaq
- İlk tibbi yardım üsullarını və yol-nəqliyyat hadisəsi zamanı görüləcək tədbirləri bilmək
Əsas vəzifə öhdəlikləri:
- Lazımi sənəd və əşyaların aidiyyəti üzrə çatdırılması və təhvil verilməsi
- Qonaqların qarşılanması, otelə və restoranlara aparılması
- Qonaqların təlimata uyğun olaraq müvafiq yerlərə aparılması
- Qonaqların və əməkdaşların vaxtında işə gətirilməsi və yola salınması
- İşçilərin işlə bağlı lazımi ünvanlara aparılıb-gətirilməsi
- Avtomobilin texniki vəziyyətinə nəzarət etmək və mütəmadi texniki baxışdan keçirmək
- Dövri baxım və təmir işlərini həyata keçirmək, ehtiyaclar barədə vaxtında məlumat vermək
- Baxım, təmir və yanacaq sənədlərini düzgün tərtib etmək
- Avtomobili vaxtında yanacaq və yağla təmin etmək
- Təşkilat ərazisinə giriş-çıxış zamanı tələb olunan sənədləri doldurmaq və təqdim etmək
- Zavod/fabrik daxilində təhlükəli vəziyyətləri qabaqcadan müəyyən edib qarşısını almaq
- Sürət həddi və nəqliyyat vasitələri arasındakı məsafə qaydalarına riayət etmək
- Yol hərəkəti qaydalarına uyğun və təhlükəsiz sürücülük həyata keçirmək
- Gərəksiz ötmələrdən çəkinmək
- Avtomobili tərk edərkən qapıları kilidləmək, siqnalizasiya varsa aktivləşdirmək
- Hərəkət zamanı avtomobilin bütün qapılarını bloklamaq
- Qəza halında ilk tibbi yardım göstərmək
- Avtomobili şəxsi məqsədlər üçün istifadə etməmək
- İş günü sonunda avtomobili müəyyən edilmiş park yerində saxlamaq
- Əməyin mühafizəsi, təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarına əməl etmək
- Özünün və digər işçilərin təhlükəsizliyini riskə atmadan işləmək
- Fərdi və kollektiv mühafizə vasitələrindən düzgün istifadə etmək
- Əməyin mühafizəsi qaydalarının pozulması, qəza və bədbəxt hadisələr barədə dərhal rəhbərliyə məlumat vermək
İş yeri : Bakı
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Sürücü” qeyd etməyiniz xahiş olunur.