SƏTƏM üzrə Baş mütəxəssis
Müəssisə:
AZ ŞƏKƏR İST. BİRLİYİ MMC
Vakansiya: Sətəm üzrə Baş Mütəxəssis
Tələblər:
- Kimya, Fizika, Qida mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi).
- Sətəm və əməyin mühafizəsi sahəsində ən azı 5 il təcrübə.
- NEBOSH və ya İSO 45001 kimi müvafiq beynəlxalq sertifikatların olması üstünlükdür.
- Microsoft Office (Excel, Word) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı.
- Təhlükəsizlik qaydalarına riayət etmə və müvafiq prosedurları izləmək bacarığı.
- Komanda ilə işləmək və liderlik bacarıqları.
- İngilis və Rus dili bilikləri üstünlükdür.
Vəzifə Öhdəlikləri:
- İstehsalatda əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək.
- İstehsalatda baş verən zədələnmə halları və bədbəxt hadisələrin səbəblərini analiz etmək və bu hadisələrin qarşısını almaq məqsədilə tədbirlər hazırlayıb həyata keçirmək.
- İş şəraitini yaxşılaşdırmaq üçün kompleks planların hazırlanmasını təşkil etmək.
- İş yerlərində sanitar və texniki vəziyyəti yoxlamaq və uyğunluq təmin etmək.
- Sətəm üzrə qabaqcıl təcrübələri istehsalata tətbiq etmək, texniki vəziyyəti yoxlamaq və müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirmək.
- Əməyin mühafizəsi təlimatlarını hazırlamaq və işçilərə tətbiq etmək, onların biliklərini yoxlamaq.
- İşçilərin əməyin mühafizəsi ilə bağlı ərizə və şikayətlərini araşdırmaq və müvafiq tədbirlər görmək.
- Ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün tədbirlər görmək.
- İstehsalatda təhlükəsizlik qaydalarının yerinə yetirilməsini təmin etmək, iş yerlərində səs-küy, titrəmə, çirklənmə və digər istehsalat faktorlarının ölçülməsini təşkil etmək.
- İşçilərin fərdi mühafizə vasitələrinin düzgün istifadəsini təmin etmək və onların mühafizə vasitələrinin qorunmasını nəzarətdə saxlamaq.
- Keyfiyyət İdarəetmə Sistemi (ISO 9001 və ya ISO 45001) prinsiplərinə uyğun olaraq əməliyyatları həyata keçirmək və sistemin inkişafına töhfə vermək.
- Düzəldici və önləyici fəaliyyətlər həyata keçirərək, istehsalatda baş verən axsaqlıqları aradan qaldırmaq.
İş vaxtı:
- 5 günlük iş rejimi
- İstirahət günü: Şənbə və Bazar günü
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə
- Nahar xidməti şirkət tərəfindən təmin edilir.
- Əmək mühafizəsi, sanitar-gigiyena və digər sosial təminatlar.
İş yeri:
- Bakı şəhəri
Müraciət:
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi cv@azersun.com elektron poçtuna göndərə və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində "Sətəm üzrə Baş Mütəxəssis" qeyd etməyiniz xahiş olunur.