SƏTƏM üzrə mütəxəssis
Müəssisə:
BAZARSTORE MMC
SƏTƏM
Müəssisə: Bazarstore MMC
Tələblər:
- Ali təhsilli olmalı;
- Fövqəladə hallar, yanğından mühafizə, mülki müdafiə prinsiplərini bilməli;
- Dövlət rüsumları və cərimələri bilməli;
- Qanunvericilik tələblərini bilməli
- İlkin tibbi yardım qaydalarını bilməli
- Təhlükəsizlik vasitələrini yaxşı tanımalı.
- Sətəm üzrə ilkin biliklər
- MS office proqramlarında hesabat və təqdimatların hazırlanmasını bilməli;
Vəzifə Funksiyaları:
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək;
- İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etmək;
- İş yerləridə sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etmək;
- Müvafiq nümayəndələr ilə birlikdə binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitartexniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlamaq;
- Struktur bölmələrində ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqdan ötrü tədbirlərin görülməsində iştirak etmək;
- Təxliyyə planının hazırlanmasında iştirak etmək və işçilərə bu barədə təlimat keçmək;
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitargigiyena norma və qaydalarına riayət etmək;
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək;
- Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarını yerinə yetirmək;
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmək;
- Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
- SƏTƏM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etmək;
- İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
- İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini saxlatdırmaq.
- Potensial təhlükə mənbəyi olan iş metodlar, proseslər, və ya materiallar üzrə işçilərin mühafizəsinə yönəldilmiş tədbirləri məsləhət görmək;
- İş şəraitini, avadanlıqları, və təcrübələri təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etmək və qiymətləndirmək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Sətəm Bazarstore” qeyd etməyiniz xahiş olunur.