SPA Supervisor (SPA Rəhbəri)
Müəssisə:
XƏYAL ADASI MMC
Vakansiya: SPA Supervisor (SPA Rəhbəri)
Tələblər:
- SPA və ya hotel sahəsində rəhbərlik təcrübəsi (ən azı 2 il)
- Komanda idarəetməsi və xidmət keyfiyyətinə nəzarət sahəsində bacarıqlar
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı
- Məhsul və prosedur məlumatlarını öyrənməyə və paylaşmağa maraq
- Məsuliyyətli, punktual və detala diqqətli olmaq
- Rus və İngilis dillərini yaxşı səviyyədə bilməlidir.
Əsas Vəzifə Öhdəlikləri:
- Müştəri və qonaqların yüksək səviyyədə məmnuniyyətini təmin etmək
- Tabeçiliyindəki işçilərə nəzarət etmək, onları idarə etmək və yönləndirmək
- İşçi heyəti üçün vəzifə cədvəllərinin hazırlanmasına dəstək göstərmək
- Keyfiyyət və xidmət standartlarına ciddi şəkildə nəzarət etmək
- Komandadaxili effektiv ünsiyyətin qurulmasına töhfə vermək
- SPA məhsulları və prosedurları haqqında tam biliklərə malik olmaq və qonaqlara bu barədə məlumat vermək
- Qonaqların suallarını peşəkar şəkildə cavablandırmaq və onlara uyğun prosedur və məhsullar təklif etmək
- Təhlükəsizlik və sanitariya qaydalarına ciddi riayət etmək
- SPA ərazisindəki avadanlıqların təmizliyinə və gigiyenasına nəzarət etmək
- Təlimlərdə və müntəzəm iclaslarda aktiv iştirak etmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq şəkildə yerinə yetirmək
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “SPA Supervisor (SPA Rəhbəri)” qeyd etməyiniz xahiş olunur.
İş Qrafiki: Həftə içi 6 gün
İş Yeri: Bakı şəhəri
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.