Sahə rəisi
🎯 Namizəddən gözləntilər:
-
Müvafiq sahə üzrə ali texniki təhsil;
-
İstehsalat və avadanlıq təmiri sahəsində minimum 5–10 il iş təcrübəsi;
-
Mexaniki, borulama və nasos sistemlərinin iş prinsiplərini dərindən bilmə bacarığı;
-
P&ID (Piping and Instrumentation Diagram) və izometrik çertyojlarla işləmək bacarığı;
-
Komanda idarəetməsi, texniki proseslərə nəzarət və nasazlıqların operativ həlli bacarığı;
-
ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi və Qida Təhlükəsizliyi standartları üzrə biliklər;
-
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarına dair biliklər.
🛠 Əsas vəzifə öhdəlikləri:
-
Sistemin ilk işə salınmasından əvvəl qabların, nasosların, alətlərin və boru birləşmələrinin vizual yoxlanılması və ümumi təmizliyin təmin edilməsi;
-
Təhlükəsizlik avadanlıqlarının (yanğınsöndürmə stansiyaları, qoruyucu klapanlar, həyəcan lampaları, təhlükəsizlik kilidləri və s.) yoxlanılması;
-
Qab və nasosların hidrostatik testinin həyata keçirilməsi və mexaniki avadanlıqların işlək vəziyyətdə saxlanılması;
-
Borulama və cihaz diaqramlarına (P&ID) və izometrik çertyojlara uyğunluğun yoxlanılması;
-
Nasosların mühərriklərinin, yağ səviyyələrinin, soyutma xətlərinin və sızdırmazlıq hissələrinin nəzarətdə saxlanılması;
-
Sistemin vakuum sınağının yerinə yetirilməsi və fırlanan avadanlıqlarda nasazlıqların təyin olunaraq aradan qaldırılması;
-
Buxar tutucuların (steam trap), buxar çıxış avadanlıqlarının və salnik soyutma sistemlərinin işləkliyinə nəzarət;
-
İstehsalatda yaranan mexaniki nasazlıqların operativ aradan qaldırılması və işin fasiləsizliyinin təmin olunması;
-
İllik Təmir Planına əsasən fabrikin bütün sahələrində təmir-baxım işlərinin aparılması və elektron proqramda qeydiyyatın aparılması;
-
Təmir üçün tələb olunan materialların təminatına nəzarət, çatışmazlıq olduqda rəhbərliyə məlumat vermək;
-
Montaj, demontaj və modernləşdirmə işlərinin planlı şəkildə icrasını təşkil etmək;
-
Texniki işlərin gedişini izləmək, digər şöbələrlə əlaqə saxlamaq və hesabatları Fabrika direktoruna təqdim etmək;
-
Təmir və istehsalat zamanı əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə ciddi riayət etmək;
-
Yeni texnologiyaların tətbiqində, modernləşdirmə layihələrində və yeni əməkdaşların öyrədilməsində iştirak etmək;
-
Qida təhlükəsizliyi, əməyin mühafizəsi və sanitar-gigiyena tələblərinin icrasına nəzarət etmək.
⏰ İş vaxtı:
-
5 günlük iş rejimi;
-
İstirahət günləri: Şənbə və Bazar.
💰 Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
-
Əmək haqqı: Razılaşma yolu ilə;
-
Nahar və Servis xidməti şirkət tərəfindən təmin edilir.
📍 İş yeri:
Azərbaycan Duz İstehsalat Birliyi MMC / Abşeron rayonu Masazır qəsəbəsi
💼 Müraciət qaydası:
Göstərilən tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Sahə rəisi - 26895 ” yazmağınız xahiş olunur.