Talep No:  27474

Satış üzrə mütəxəssis

Müəssisə:  AZ SƏNAYE SIĞORTA ASC

Vəzifə öhdəlikləri:

  • Təyin olunmuş satış planın reallaşdırılmasını təmin etmək;
  • Daxil olan zənglər və sorğular əsasında nömrə dəyişikliyi, satış əməliyyatları, satış üzrə sualların cavablandırılması və problemli məsələlərin həllini təmin etmək;
  • Potensial müştərilərlə görüşmək, sığorta məhsullarının təqdimatını etmək;
  • Müştərilər haqqında məlumatların müştəri bazasına daxil etmək;
  • Müştəri ilə razılaşdırdıqdan sonra sığorta müqaviləsini hazırlamaq;
  • Sığorta müqavilələrinin yeniləmək və müştəri loyallığını izləmək, loyallığın təmin edilməsi üçün tədbirlər planlamaq;
  • Satış nəticəsində yaranan aylıq borclara nəzarət etmək;
  • Fərdi/ korporativ görüşləri həyata keçirmək və tabe olduğu səlahiyyətli şəxsi keçirilən görüşlərin nəticəsi ilə əlaqədar məlumatlandırmaq;
  • Tələblərə uyğun olaraq vaxtında lazımi sənədləri tərtib etmək, uçot aparmaq və sığorta müqavilələrinin bağlanması ilə əlaqədar sənədlərin saxlanılmasını təmin etmək;
  • Satışın artırılması və işin sadələşdirilməsi istiqamətində təkliflər hazırlamaq;
  • Müştəri məmnuniyyətini yüksək səviyyədə saxlanılmasını təmin etmək, müştərilərə nəzakətli və peşəkar xidmət göstərmək;

Tələblər:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə sığorta sahəsində 1 il iş təcrübəsi;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – əla, Rus- yaxşı, İngilis -orta səviyyədə bilməsi üstünlükdür;
  • Analiz etmə, dəyərləndirmə bacarıqları;
  • Yüksək ünsiyyət, danışıq aparmaq və müştərilərlə işləmək bacarığı;

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü. 

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə.

İş yeri:

  • Bakı şəhəri.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Satış üzrə mütəxəssis - 27474 " qeyd etməyiniz xahiş olunur.