Talep No:
28678
Satış üzrə mütəxəssis
Müəssisə:
BAZAR AGRO MMC
Tələblər:
- Ali təhsilli olmalı.
- Satış sahəsi üzrə 2 il iş təcrübəsi.
- ERP sistemləri ilə işləmə bacarığı.
- Bazar seqmentləşməsi, Rəqib analizi, Məhsulun mövqeləndirilməsi, Dəyər təklifi anlayışını bilməlidir.
Vəzifə öhdəlikləri
- Şirkətin məhsul və ya xidmətlərinin müştərilərə təqdim edilməsi və satışının həyata keçirilməsi.
- Satış planının icrası və aylıq/hədəf göstəricilərinin yerinə yetirilməsi.
- Potensial müştərilərin axtarışı və yeni satış kanallarının formalaşdırılması.
- Mövcud müştəri bazası ilə mütəmadi əlaqənin saxlanılması, ehtiyacların müəyyənləşdirilməsi.
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi.
- Telefon, e-mail və birbaşa görüşlər vasitəsilə satışın idarə edilməsi.
- Müştərilərlə peşəkar ünsiyyətin qurulması və davamlı münasibətlərin inkişaf etdirilməsi.
- Müştəri tələblərinin toplanması, təhlili və uyğun həllərin təqdim edilməsi.
- Müştəri şikayətlərinin və sorğularının operativ şəkildə cavablandırılması.
- Müştəri məmnuniyyətinin ölçülməsi və artırılması üçün tədbirlərin görülməsi.
- Satış hesabatlarının hazırlanması. (günlük, aylıq, rüblük)
- Rəqib analizinin aparılması və bazar dinamikasına uyğun strategiyaların təklif edilməsi.
- Marketinq və məhsul komandaları ilə koordinasiya.
İş vaxtının norması:
- 5 günlük iş rejimi.
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə.
- Nahar şirkət tərəfindən təmin edilir.
Ünvan: Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.