Sığorta satış şöbəsinə kiçik mütəxəssis

Müəssisə:  AZ SƏNAYE SIĞORTA ASC

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – əla, Rus- yaxşı, İngilis -orta səviyyədə bilməsi üstünlükdür;
  • Tələb olunan xüsusi proqram bilikləri:  Aqrar Sığorta İnformasiya Sistemi (ASİS), Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS);
  • Tələb olunan Sertifikat: Aqrar Sığorta Mexanizminin Təşkili;
  • Analiz etmə, dəyərləndirmə bacarıqları;
  • Yüksək ünsiyyət, danışıq aparmaq və müştərilərlə işləmək bacarığı;
  • Ezamiyyətə gedə bilmə imkanı.

Vəzifə öhdəlikləri:

  • Daxil olan zənglər və sorğular əsasında nömrə dəyişikliyi, satış əməliyyatları, satış üzrə sualların cavablandırılması və problemli məsələlərin həllini təmin etmək;
  • Müştərilər haqqında məlumatların müştəri bazasına daxil etmək;
  • Müştəri ilə razılaşdırdıqdan sonra sığorta müqaviləsini hazırlamaq;
  • Sığorta müqavilələrinin yeniləmək və müştəri loyallığını izləmək, loyallığın təmin edilməsi üçün tədbirlər planlamaq;
  • Satış nəticəsində yaranan aylıq borclara nəzarət etmək;
  • Tələblərə uyğun olaraq vaxtında lazımi sənədləri tərtib etmək, uçot aparmaq və sığorta müqavilələrinin bağlanması ilə əlaqədar sənədlərin saxlanılmasını təmin etmək;
  • Müştəri məmnuniyyətini yüksək səviyyədə saxlanılmasını təmin etmək, müştərilərə nəzakətli və peşəkar xidmət göstərmək.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü. 

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə.

İş yeri:

  • Bakı şəhəri.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Satış şöbəsinə kiçik mütəxəssis " qeyd etməyiniz xahiş olunur.