Talep No:  28472

Satış təmsilçisi (Coffee Shop Kanalı)

Müəssisə:  SUN FOOD MMC

Azərsun Holdinq coffee shop sektoru ilə çalışan satış komandasına qoşulmaq istəyən namizədləri Ekspeditor (Coffee Shop Kanalı) vəzifəsinə müraciət etməyə dəvət edir.


Vəzifə və Öhdəliklər

  • Günlük plan üzrə coffee shop satış nöqtələrini ziyarət etmək və sifarişlərin qəbulunu həyata keçirmək

  • Yeni coffee shop müştərilərinin cəlb edilməsi və portfelin genişləndirilməsi

  • Coffee shop müştərilərində şirkət məhsullarının təbliği, xüsusilə içki və sürətli istehlak məhsulları üzrə satışın artırılması

  • Məhsul kateqoriyalarının coffee shop trendlərinə uyğun satış strategiyalarının tətbiqi

  • Kreditlə çalışan müştərilərin limit istifadəsinə nəzarət

  • Coffee shop personalını məhsulların keyfiyyəti və düzgün təqdimatı barədə məlumatlandırmaq

  • Yoxlamalar zamanı aşkar olunan çatışmazlıqların səbəblərini araşdırmaq və həll etmək

  • Yeni çıxan məhsullar haqqında baristaları və coffee shop sahiblərini məlumatlandırmaq

  • Qüsurlu və ya istifadə müddəti bitmiş məhsulların geri qaytarılmasını təşkil etmək

  • Gündəlik satış və ödənişlərin kassa hesabı ilə uyğunluğunu təmin etmək

  • Kampaniyalar, aksiyalar və təqdimatlar barədə coffee shop tərəfdaşlarını məlumatlandırmaq

  • Coffee shop ziyarət uğuru və satış göstəriciləri üzrə günlük və aylıq raport hazırlamaq

  • Rəqib şirkətlərin coffee shop segmentində fəaliyyətini analiz edib təkliflər hazırlamaq

  • Müştəri etirazlarını idarə edərək ən azı 2 alternativ həll yolu təklif etmək


Tələblər

  • Ali təhsil (İdarəetmə, biznes, marketinq və ya iqtisadiyyat üstünlükdür)

  • B kateqoriyalı sürücülük vəsiqəsi

  • Hərbi mükəlləfiyyətli

  • Aktiv, ünsiyyətcil, coffee shop mədəniyyətinə bələd olması üstünlükdür

  • HORECA və/və ya coffee shop təcrübəsi əlavə üstünlük hesab olunur

  • Rus dili biliyi üstünlük hesab olunur

Bacarıqlar

  • Barista, coffee shop sahibləri və menecerləri ilə effektiv ünsiyyət

  • Satış və inandırma bacarığı

  • Problemlərin tez və çevik həlli

  • Komanda ilə işləmək bacarığı

  • Fikirləri aydın və peşəkar şəkildə ifadə etmək bacarığı


İş Şərtləri

  • Həftə içi 5 gün iş qrafiki

  • Dinamik və inkişaf yönümlü HORECA satış komandasının tərkibində çalışma imkanı