Talep No:  28472

Satış təmsilçisi (Ekspeditor)

Müəssisə:  SUN FOOD MMC

“Azərsun Holdinq” namizədləri Ekspeditor vəzifəsinə müraciət etməklə peşəkar satış komandasının üzvü olmağa dəvət edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

  • Günlük təyin olunan proqram üzrə satış nöqtələrini ziyarət etmək və sifarişi almaq (satış edilməsi).
  • Yeni müştərilərin olması istiqamətində işlər görmək.
  • Şirkətin kefiyyət sistemini bütün satış nöqtələrində təbliğ etmək. 
  • Bazara giriş nisbəti aşağı olan məhsulların satışının artırılması istiqamətində işlər görmək.
  • Kreditli çalışmaqda olan müştərilərin özlərinə təmin olan kredit miqdarını məhsuldar bir şəkildə istifadə edib etmədiklərini kontrol etmək.
  • Məhsulların keyfiyyəti mövzusunda müştəriləri və istehlakçıları bilgiləndirmək.
  • Müştərilər ilə rəsmi müqavilə bağlanması və qaimə, hesab-faktura kimi rəsmi sənədləri müştəri ilə razılaşdırılmasını təmin etmək. 
  • Yoxlama şöbəsi tərəfindən aşkarlanmış çatışmamazlıqların mənbəyini müəyyən edərək onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi və nəzarətçiyə hesabat vermək.
  • Yeni çıxan məhsullar haqqında müştəriləri məlumatlandırmaq.
  • Satış nöqtələrində ziyanlı, istifadə tarixini keçmiş məhsulların geri qaytarılmasını gerçəkləşdirmək və ya yeniləri ilə əvəz etmək. 
  • Gündəlik reallaşan satışlar və ödəniş məbləğlərinin kassa hesabı ilə qarşılaşdırımaq.
  • Malların satış nöqtələrinə çatdırılmasına nəzarət etmək.  
  • Həyata keçirilən kompaniyalar haqqında müştəriləri məlumatlandırmaq.
  • Günlük satış uğuru, ziyarət uğuru, satış ziyarətinin reallaşması haqqında raport hazırlamaq.
  • Müştəridən iadə olunan malları anbara təhvil vermək.
  • Qiyməti dəyişən mallar haqqında müştəriləri məlumatlandırmaq.
  • Müştərilərin istək və şikayətlərini rəhbərə bildirmək.   
  •  Rəqib şirkətlərin fəaliyyəti haqqında raportlar və təkliflər hazırlamaq və müvafiq şəxslərə göndərmək.
  • Marketlərdə şirkət məhsullarının qiymətlərinin müəyyən həddən artıq olmamasına nəzarət etmək.
  • Aylıq müştəri müqavilə icrasını kontrol etmək.     
  • Müştərilərdən gündəlik gələn ödənişlərin təsdiqini alıb müvafiq hesablardan düşməsi ücün Mühasibatlıq şöbəsinə məlumat verilməsi.  
  • Endirimli məhsulların rəf qiymətinin və əlavə sərgiləmələrin kontrolu.
  • Rəf kassa qiyməti uyğunluğunun kontrolu.
  • Müştəri etirazlarının həlli və problemlərin həlli ücün ən azı 2 təklifin verilməsi. 
  • Hərəkəti zəif olan məhsulları müəyyən edib, iadə olmaması  ücün  görülməli olan tədbirlər təklifinin vərilməsi.

 

Tələblər

  • Ali təhsil  (İdarəetmə, iqtisadiyyat, biznes, martketing sahələrinə üstünlük verilir); 
  • B kateqoriyalı sürücülük vəsiqəsi; 
  • Hərbi mükəlləfiyyətli;
  • Aktiv, ünsiyyətcil, dünyagörüşü çox olmalı;
  • Satış təcrübəsinin olmasına üstünlük verilir

 

BACARIQLAR

  • Ünsiyyət qurmaq bacarığı
  • Satış və inandırmaq bacarığı
  • Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
  • Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
  • Komanda ilə işləmək bacarığı

 

İş şərtləri:

  • Həftə içi 5 gün

 

İş yerləri:

 

  • Bakı şəhərində və ətraf ərazilərdə