Satış təmsilçisi
Vakansiya: Satış Təmsilçisi
Tələblər:
• Orta vəya Ali təhsilli olmalı;
• İngilis və Rus dili biliyi yüksək səviyyədə olmalı;
• Satış və ya müştəri xidmətləri sahəsi üzrə 1-2 il iş təcrübəsi olmalı;
• Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
• Komandada işləmək bacarığı olmalı;
• Aktiv və ünsiyyətcil olub mükəmməl təqdimat bacarığı olmalı.
• MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
İş haqqında məlumat:
• Mövcud bazarı yaxşı analiz edib bazar ehtiyaclarını öyrənmək.
• Müştəri təlabatının nə yerdə olduğu, hansı sektorlarda boşluqların olduğunu, nə ölçüdə məhsul gərəkdiyini analiz etmək.
• Sosial media araşdırmaları etmək.
• Daşınmaz əmlak layihələri üzrə işləri izləyərək, təqdimatlar hazırlamak.
• Satışı analiz edərək müdiriyyətə təkliflər vermək.
• Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatlar təqdim etmək.
• Daşınmaz əmlak bazarında həyata keçirilən kampaniyalarla bağlı müştəriləri məlumatlandırmak.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməyiniz xahiş olunur.
İş yeri:
Dreamland (Bakı şəhəri)
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.