Satış təmsilçisi

Müəssisə:  Dreamland Entertaiment

Vakansiya: Satış Təmsilçisi
Tələblər:
•    Orta vəya Ali təhsilli olmalı;
•    Komandada işləmək bacarığı olmalı;
•    İngilis və Rus dili biliyi yüksək səviyyədə olmalı;
•    Satış və ya müştəri xidmətləri sahəsi üzrə 1-2 il iş təcrübəsi olmalı;
•    Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
•    Aktiv və ünsiyyətcil olub mükəmməl təqdimat bacarığı olmalı.
•    MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
 
İş haqqında məlumat: 

•    Mövcud bazarı yaxşı analiz edib bazar ehtiyaclarını öyrənmək.
•    Müştəri təlabatının nə yerdə olduğu, hansı sektorlarda boşluqların olduğunu, nə ölçüdə məhsul gərəkdiyini analiz etmək.
•    Sosial media araşdırmaları etmək.
•    Daşınmaz əmlak layihələri üzrə işləri izləyərək, təqdimatlar hazırlamak.
•    Satışı analiz edərək müdiriyyətə təkliflər vermək.
•    Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatlar təqdim etmək.
•    Daşınmaz əmlak bazarında həyata keçirilən kampaniyalarla bağlı müştəriləri məlumatlandırmak.

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “ Satış Təmsilçisi ” qeyd etməyiniz xahiş olunur.
 
İş yeri:
Dreamland (Bakı şəhəri)
 
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.