Satıcı - kassir

Müəssisə:  AL MARKET MMC

AL Marketlər şəbəkəsində karyerasını qurmaq istəyən namizədlərin nəzərinə!


Satıcı-kassir
 

Vəzifə izahatı:

a) Pərakəndə satışı həyata keçirmək;
b) Rəflərdə satılan malların boş qalmış yerinə yeni malları yerləşdirmək;
c) Mağazada müştərilərə alış-veriş zamanı malların seçimində köməklik göstərmək;
d) Mağazada pul vəsaitlərinin müştərilərdən kassaya qəbul etmək;
e) Pul vəsaitlərinin xəzinədarlığa təhvil vermək.
 

İş şəraiti:
Iş qrafiki növbəlidir. Həftədə bir gün istirahət
Çalışma Yeri
Bakı və Bölgələr

 

Al Market MMC

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan, qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində ölkə lideri “Azərsun Holdinq” MMC-nin önəmli şirkətlərindən biri olan “Al Market”lər Bakı və bölgələrdəki 900-dən çox mağazası ilə pərakəndə sektorunun ən uğurlu şəbəkə marketlərindəndir. “Al Market”lər şəbəkəsi mağazalarının sadə interyeri və məhsul təqdimatı ilə yanaşı, uğurlu tədarük zənciri ilə xərcləri nəzarətdə saxlayaraq məhsullarını yüksək keyfiyyət və uyğun qiymət prinsipi ilə təqdim etməkdədir. Azərbaycanda sərt endirim modelinin ilk tətbiqçisi olan “Al Market”lər mağazalarındakı ərzaq və qeyri-ərzaq məhsulları üzrə genişçeşidliliyini yerli və qlobal brendləri və özünəməxsus məhsulları ilə də zənginləşdirib. Başda təcrübəli idarə heyəti, ölkəmizin dörd bir yanındakı 4000-dən çox işçisi və çoxsaylı tədarükçüləri başda olmaq üzrə, bütün tərəfdaşları ilə əlaqələrini güvən üzərində qurmuş “Al Market”lər, qeyd-şərtsiz məhsul qaytarmaq zəmanəti ilə müştəri məmnuniyyətini ən yüksək səviyyədə saxlamaqdadır. Hər il davamlı olaraq böyüyən “Al Market”lər həm ölkə iqtisadiyyatına, həm də yeni əməkdaşların səy və qatqısı ilə məşğulluğa töhfə verməyə davam etməkdədir.