Satınalma üzrə Baş Mütəxəssis
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida və qeyri qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, bu gün regionun ən dinamik və gələcəyə yönəlmiş şirkətlərindən biridir.
Azersun Holding olaraq, biz davamlı biznes prinsiplərinə əsaslanaraq bu gün və gələcək nəsillər üçün dəyər yaratmağı hədəfləyirik.
İstehlakçılarımız, müştərilərimiz və tərəfdaşlarımızla həyatın dəyərli anlarını paylaşır, gündəlik həyatı yaxşılaşdıran etibarlı brendlər və innovativ məhsullar təqdim edirik.
Vəzifə üzrə tələblər:
• Ali təhsil (İqtisadiyyat, Menecment, Maliyyə və ya əlaqəli sahələr üzrə),
• Satınalma sahəsində 3–5 il iş təcrübəsi
• Satınalma, tender və müqavilə idarəetməsi prosesləri üzrə dərin biliklər,
• Bazar araşdırması və analitik təhlil bacarığı,
• Hesabatlılıq və sənədlərlə sistemli işləmək bacarığı,
• Təchizatçılarla danışıqlar aparmaq və nəticəyönümlü qərarlar vermək bacarığı,
• Yüksək məsuliyyət, liderlik və koordinasiya bacarıqları.
Vəzifə öhdəlikləri:
• Satınalma prosesinin vaxtında, mövcud prosedur və proseslərə uyğun şəkildə icrasını təmin etmək,
• Təchizat sifarişlərinin idarə olunması (sifarişlərin yerləşdirilməsi, icrasına nəzarət, hesabatların hazırlanması və bağlanması),
• Açılmış sifariş formalarının təhlili və optimallaşdırılması,
• Satınalma sorğularının hazırlanması, icrası, yoxlanılması və müvafiq hesabatların tərtib edilməsi,
• Daxili və xarici bazarın təhlili, tələb olunan material və xidmətlərin araşdırılması,
• Təchizatçı bazasının formalaşdırılması, təhlili və davamlı inkişaf etdirilməsi,
• Tender və sorğuların hazırlanması, qiymət və şərtlərin müqayisəli qiymətləndirilməsi,
• Tələb olunan sənədlərə və əsaslandırmalara uyğun olaraq məhsul və xidmətlərin seçim prosesinin yekunlaşdırılması,
• Satınalma prosesinin ən əlverişli kommersiya, keyfiyyət və vaxt şərtləri ilə həyata keçirilməsini təmin etmək,
• Satınalma fəaliyyəti üzrə hesabatların hazırlanması və analizi, proseslərin effektiv idarə olunması,
• Ödəniş sorğularının hazırlanması, icrası və ödənişlərə nəzarət etmək,
• Müqavilələrin hazırlanması, icrasına nəzarət edilməsi və müqavilə şərtlərinin yerinə yetirilməsinin təmin edilməsi.
İş şəraiti
- İş Qrafiki: Həftə içi 5 gün
- İş yeri: Bakı Şəhəri, Dərnəgül
- Nahar şirkət tərəfindən təmin olunur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satınalma üzrə Baş Mütəxəssis – 28433” qeyd etməyiniz xahiş olunur.