Satınalma üzrə baş mütəxəssis (marketinq satınalması)
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida və qeyri qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, bu gün regionun ən dinamik və gələcəyə yönəlmiş şirkətlərindən biridir.
Azersun Holding olaraq, biz davamlı biznes prinsiplərinə əsaslanaraq bu gün və gələcək nəsillər üçün dəyər yaratmağı hədəfləyirik.
İstehlakçılarımız, müştərilərimiz və tərəfdaşlarımızla həyatın dəyərli anlarını paylaşır, gündəlik həyatı yaxşılaşdıran etibarlı brendlər və innovativ məhsullar təqdim edirik.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsili olmalı;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Retail sektoru üzrə iş təcrübəsi üstünlükdür;
- MS Office proqramları üzrə yüksək biliklər;
- Analitik düşüncə və diqqətlilik;
- Yaxşı kommunikasiya bacarıqları və komandada işləmək qabiliyyəti;
- İngilis və Rus dili bilikləri üstünlükdür
Vəzifə öhdəlikləri:
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra edilməsi;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Açılmış sifariş formalarının analizi, satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
- Təchizatçıların analizi, hesabatların hazırlanması və digər prosseslərin effektiv idarə olunması;
- Ödəniş sorğularını həyata keçirməsi, ödənişlərə nəzarət edilməsi;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
- Marketing direktorluğundan gələn event, production, digital, ənənəvi mecralardakı planların analiz edilməsi uyğun firmalara sorğu edilməsi;
- Alınan təkliflərin doğru dəyərləndirilə bilməsi üçün yuxarıda sadalanan sahələrdə bilgilərin və təcrübənin olması
- Stendlər, POP materialları və digər reklam daşıyıcı vasitələrinə bələd olmaq və işi doğru detallandıra bilmək;
- Digital marketing, influencer marketing işlərinin satınalmasının həyata keçirilməsi;
- Sərgi, konsert, marka lansmanı, satış yönümlü tədbirlərin və s. satınalma sürəclərinin icra edilməsi.;
İş Qrafiki: Həftə içi 5 gün
İş yeri: Bakı şəh., Nizami ray.
Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
🍽️ Nahar şirkət tərəfindən təmin olunur
🚌 Nəqliyyat dəstəyi mövcuddur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satınalma üzrə baş mütəxəssis (marketinq satınalması) – 27803” qeyd etməyiniz xahiş olunur.