Satınalma üzrə baş mütəxəssis
Müəssisə: Sun Food MMC
Vakansiya: Satınalma üzrə baş mütəxəssis (avtomobil və ehtiyat hissələri)
“Azersun Holding” haqqında
Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.
Vəzifə öhdəlikləri
- Satınalma prosesinin vaxtında, mövcud prosedur və proseslərə uyğun şəkildə icrasını təmin etmək,
- Təchizat sifarişlərinin idarə olunması (sifarişlərin yerləşdirilməsi, icrasına nəzarət, hesabatların hazırlanması və bağlanması),
- Açılmış sifariş formalarının təhlili və optimallaşdırılması,
- Satınalma sorğularının hazırlanması, icrası, yoxlanılması və müvafiq hesabatların tərtib edilməsi,
- Daxili və xarici bazarın təhlili, tələb olunan material və xidmətlərin araşdırılması,
- Təchizatçı bazasının formalaşdırılması, təhlili və davamlı inkişaf etdirilməsi,
- Tender və sorğuların hazırlanması, qiymət və şərtlərin müqayisəli qiymətləndirilməsi,
- Tələb olunan sənədlərə və əsaslandırmalara uyğun olaraq məhsul və xidmətlərin seçim prosesinin yekunlaşdırılması,
- Satınalma prosesinin ən əlverişli kommersiya, keyfiyyət və vaxt şərtləri ilə həyata keçirilməsini təmin etmək,
- Satınalma fəaliyyəti üzrə hesabatların hazırlanması və analizi, proseslərin effektiv idarə olunması,
- Ödəniş sorğularının hazırlanması, icrası və ödənişlərə nəzarət etmək,
- Müqavilələrin hazırlanması, icrasına nəzarət edilməsi və müqavilə şərtlərinin yerinə yetirilməsinin təmin edilməsi.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Logistika, Təchizat zəncirinin idarə olunması və ya əlaqəli sahələr üzrə)
- Satınalma sahəsində minimum 4 il iş təcrübəsi (avtomobil və ehtiyat hissələri üzrə təcrübə mütləqdir)
- Avtomobil ehtiyat hissələri bazarı, təchizatçıları və məhsul çeşidləri üzrə dərin biliklər
- Təchizatçıların seçimi, tender prosesləri və müqavilə idarəçiliyi üzrə praktiki təcrübə
- Qiymət analizləri, bazar araşdırmaları və xərclərin optimallaşdırılması bacarığı
- Güclü analitik düşünmə, strateji planlama və problem həll etmə qabiliyyəti
- Effektiv ünsiyyət, danışıqlar aparma və təşkilatçılıq bacarıqları
- Azərbaycan dili – mükəmməl, Rus və ya İngilis dili biliyi üstünlükdür
- MS Office proqramları üzrə yüksək səviyyədə bilik, SAP (xüsusilə SAP Ariba) üzrə təcrübə üstünlükdür
- Regionlara ezamiyyət imkanının olması
Biz nə təklif edirik:
- İş yeri: Bakı şəhəri (Ziya Bünyadov prospekti)
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
- Nahar və Servis: Şirkət tərəfindən təmin olunur
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun, rəqabətqabiliyyətli
- İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mühit
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “ Satınalma üzrə baş mütəxəssis - 31549 ” qeyd etməyiniz xahiş olunur.