Satınalma üzrə mütəxəssis
Müəssisə:
SUN FOOD MMC
Vakansiya: Satınalma üzrə mütəxəssis
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsili olmalı;
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi olmalı;
- Rus dilini və İngilis dilini yaxşı səviyyədə bilməli;
- MS office proqram paketini yaxşı səviyyədə bilməli;
.
Vəzifə Öhdəlikləri:
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra edilməsi;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Açılmış sifariş formalarının analizi, satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
- Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması;
- Təchizatçıların analizi və digər prosseslərin effektiv idarə olunması;
- Təchizatçıların seçimi və qiymətləndirilməsi;
- Ödəniş sorğularını həyata keçirməsi, ödənişlərə nəzarət edilməsi;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
- Xarici və daxili bazarın təhlili, tələb olunan materialların xarici və daxili bazarda araşdırılması
İş Qrafiki:
Həftə içi 5 gün
İş Yeri:
Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir