Satınalma Şöbə Müdiri(Kənd təsərrüfatı və Heyvandarlıq)
“Azersun Holding” haqqında
Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.
Tələblər:
- Ali təhsil (Kənd təsərrüfatı, Aqronomluq, İqtisadiyyat və ya Menecment üzrə)
- Aqrar və ya heyvandarlıq sahəsində minimum 5 il satınalma təcrübəsi (ən azı 2 il rəhbər vəzifədə)
- Aqro məhsullar, yem və kənd təsərrüfatı texnikası bazarı barədə biliklər
- Güclü ünsiyyət və təşkilatçılıq bacarığı
- Analitik düşünmə və planlama qabiliyyəti
- Azərbaycan dili – səlis, Rus və ya İngilis dili üstünlükdür
- MS Office, SAP Hub və SAP Ariba
- Regionlara ezamiyyət imkanının olması
Vəzifə öhdəlikləri
- Toxum, gübrə, pestisid, yem, baytarlıq preparatları və kənd təsərrüfatı texnikası üçün satınalma proseslərinin təşkili və idarə olunması
- Yerli və xarici təchizatçılarla danışıqların aparılması və sərfəli müqavilələrin bağlanması
- Mövsümi tələbatın planlaşdırılması və ehtiyatların optimallaşdırılması
- Heyvandarlıq təsərrüfatları üçün yem və digər zəruri materialların fasiləsiz təminatının təşkili
- Qiymət analizləri, bazar araşdırmaları və alternativ təchizat mənbələrinin müəyyən edilməsi
- Logistika və anbar proseslərinin koordinasiyası
- Büdcənin hazırlanması və xərclərə nəzarət
- Rəhbərliyə aylıq və rüblük hesabatların təqdim olunması
İş şərtləri:
- İş ünvanı: Bakı şəhəri (Ziya Bünyadov prospekti)
- İş qrafiki: 5 günlük. (Şənbə və Bazar istirahət)
- Nahar şirkət tərəfindən təmin edilir.
- Servis xidməti mövcuddur.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satınalma Şöbə Müdiri - 29574 ” qeyd etməyiniz xahiş olunur.