Talep No:  26119

Satınalma şöbəsinin müdiri (Kənd Təsərrüfatı məhsulları üzrə)

Müəssisə:  SUN FOOD MMC

Satınalma şöbəsinin müdiri (Kənd Təsərrüfatı məhsulları üzrə)  

 

Tələblər:


• Müvafiq sahə üzrə ali təhsili olmalı;
• Satınalma və təchizat sahəsində ən azı 7–10 il iş təcrübəsi, o cümlədən minimum 3 il rəhbərlik təcrübəsi olmalı;
• Yüksək səviyyədə Rus dili və İngilis dili biliyi;
• MS Office proqram paketini və satınalma idarəetmə sistemlərini yaxşı səviyyədə bilməli;
• Liderlik, strateji planlaşdırma, analitik düşüncə və komanda idarəçiliyi bacarığına malik olmalı.

 

Vəzifə Öhdəlikləri:


• Satınalma şöbəsinin fəaliyyətinə rəhbərlik etmək, komandanın işini koordinasiya etmək və iş bölgüsünü effektiv həyata keçirmək;
• Satınalma strategiyasını hazırlamaq və onun icrasına nəzarət etmək;
• Təchizatçıların seçimi, qiymətləndirilməsi və əməkdaşlıq şərtlərinin müəyyənləşdirilməsi proseslərinə rəhbərlik etmək;
• Tender və sorğu proseslərinin təşkili və şəffaflığının təmin olunmasına nəzarət etmək;
• Büdcənin planlaşdırılması və satınalma proseslərinin optimal şərtlərlə həyata keçirilməsini təmin etmək;
• Xarici və daxili bazarın təhlilini aparmaq və yeni təchizatçılarla əməkdaşlıq imkanlarını araşdırmaq;
• Müqavilələrin hazırlanması, icrası və şərtlərə əməl olunmasına nəzarət etmək;
• Rəhbərliyə satınalma fəaliyyəti ilə bağlı mütəmadi hesabatların təqdim edilməsi.

 

İş Qrafiki:


Həftə içi 5 gün

 

İş Yeri:

Bakı şəhəri

 

Müraciət:

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satınalma şöbəsinin müdiri (Kənd Təsərrüfatı məhsulları üzrə)  – Sun Food MMC” qeyd etməyiniz xahiş olunur.

 

Azərsun Holdinq MMC

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidi