Talep No:  26210

Sistem və kiber təhlükəsizlik üzrə baş mütəxəssis

Müəssisə:  AZ SƏNAYE BANKI ASC

Vəzifə öhdəlikləri:

  • Şirkətin IT infrastrukturu üzrə təhlükəsizlik nəzarət sistemlərinin qurulması və idarə edilməsi (SIEM, EDR, NDR və s.)
  • Təhlükəsizlik insidentlərinin aşkarlanması, təhlili və cavab tədbirlərinin həyata keçirilməsi
  • Gündəlik və real vaxtda loqların monitorinqi və təhlili
  • Təhlükə məlumatlarının (Threat Intelligence) təhlili və tətbiqi
  • İnfrastruktur üzrə zəifliklərin aşkarlanması və risklərin qiymətləndirilməsi
  • Təhlükəsizlik siyasətlərinin hazırlanması və uyğunluğun təmin olunması
  • Blue Team komandasının idarə olunması və inkişaf etdirilməsi
  • Red Team testlərinin nəticələrinə əsasən müvafiq müdafiə tədbirlərinin görülməsi

Tələblər:

  • İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi və ya əlaqəli sahədə ali təhsil
  • IT təhlükəsizliyi sahəsində minimum 3 illik iş təcrübəsi, o cümlədən Blue Team fəaliyyətlərində təcrübə
  • SIEM sistemləri (Splunk, QRadar, Wazuh və s.) ilə praktiki iş təcrübəsi
  • Endpoint Security, Network Security, Firewall, IDS/IPS, DLP, EDR və digər müdafiə texnologiyaları haqqında bilik və təcrübə
  • Scripting bilikləri (Python, Bash, PowerShell) üstünlükdür
  • Təhlükəsizlik standartları və çərçivələri üzrə biliklər (MITRE ATT&CK, NIST, ISO 27001 və s.)
  • Sertifikatlar üstünlükdür (CISSP, GCIA, GCIH, CEH, Security+, və s.)
  • Analitik düşüncə qabiliyyəti və komanda ilə işləmək bacarığı
  • Davamlı öyrənməyə və yenilikləri izləməyə maraqlı olmaq

     

     

    İş vaxtının norması:

    • 5 günlük iş rejimi;
    • İstirahət günü: Şənbə və Bazar günü.

     

    Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

    • Əmək haqqı: Razılaşma yolu ilə;
    • Nahar şirkət tərəfindən təmin edilir;
    • Servis xidməti mövcuddur.

    İş yeri:

    • Bakı şəhəri, Suraxanı rayonu, “Xəyal Adası” (Dreamland Baku).

    Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

    Email-in mövzu hissəsində “Sistem və kiber təhlükəsizlik üzrə baş mütəxəssiss” qeyd etməyiniz xahiş olunur.