Smeta üzrə Baş Mühəndis
Tələb olunan bilik və bacarıqlar:
✔ İnşaat mühəndisliyi üzrə ali təhsil
✔ Müvafiq sahədə minimum 5 il təcrübə
✔ Tikinti smeta proqramlarında yüksək səviyyədə bilik
✔ Analitik düşüncə, detal yönümlülük və liderlik bacarıqları
✔ Tikinti normativləri və standartları üzrə məlumatlılıq
Əsas vəzifə öhdəlikləri:
🔹 Mühəndis-smetaçı komandasının fəaliyyətinə peşəkar nəzarət
🔹 Tikinti bazarındakı qiymət dəyişikliklərinin mütəmadi araşdırılması
🔹 Memarlıq, konstruktor və santexnika layihələrinin iş həcminin və smeta dəyərinin hesablanması
🔹 Tikinti və təmir işlərinin smetasının dəqiq şəkildə hazırlanması
🔹 Layihədə nəzərdə tutulmayan əlavə işlərin həcminin çıxarılması və dəyərinin hesablanması
🔹 Podratçı təşkilatlar tərəfindən görülmüş işlərin smeta dəyərlərinin yoxlanılması və təhlili
🔹 Smeta proqramlarının təkmilləşdirilməsi və proseslərin optimallaşdırılması
🌟 Sizi nə gözləyir?
• Kompleks layihələrdə iştirak imkanı
• Peşəkar mühəndis komandası ilə əməkdaşlıq
• İnkişaf yönümlü şirkət mədəniyyəti
📍 İş yeri: Bakı şəhəri
🕘 İş Qrafiki: Həftə içi 5 gün | 09:00 – 18:00
🍽️ Nahar şirkət tərəfindən təmin olunur
🚌 Nəqliyyat dəstəyi mövcuddur
Göstərilən tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Smeta üzrə Baş Mühəndis - 26874” göstərməyiniz xahiş olunur.