Təlim və inkişaf üzrə mütəxəssis

Müəssisə: 

Tələblər:

  • Ali təhsilli (İnsan Resurslarının İdarəolunması, Sosial Elmlər, Biznes İdarəçiliyi kimi sahələrdə ali təhsil arzu olunandır) olmalı;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Yaxşı səviyyədə ingilis və ya rus dili biliyi;
  • MS Office proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
  • Kommunikasiya və təqdimat bacarıqları;
  • İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklər;

 

İş haqqında məlumat:

  • Mərkəzin fəaliyyəti ilə bağlı hazırlanmış əməliyyat planına uyğun olaraq tapşırıqları icra etmək;
  • Təlim, ixtisasartırma, yenidən hazırlanma, peşə hazırlığı və sertifikasiya proqramları ilə bağlı modeli hazırlamaq, təşkil və tətbiq edilməsi prosesində iştirak etmək;
  • Daxili təlimçilərin hazırlanması və təlim proseslərinə cəlb olunması məqsədilə struktur vahidlərinin rəhbərləri ilə danışıqlar aparılmasını təşkil etmək;
  • Cəmiyyətin əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təlimləri təşkil etmək;
  •  İllik təlim planına uyğun olaraq təlimlərin keçirilməsi qrafikinin hazırlanmasında iştirak etmək;
  • Kənar vendorların seçilməsi məqsədilə görüşlər təşkil etmək;
  • Kənar vendor şirkətlərlə müqavilələrin müvafiq qaydada imzalanması məqsədilə verilmiş tapşırıqları icra etmək;
  •  İllik təlim büdcəsinin formalaşdırlması ilə bağlı müvafiq tapşırıqları icra etmək;
  •  Təlim xərclərinin illik təlim büdcəsi çərçivəsində aparılmasını təşkil etmək;
  • Şöbədaxili hesabatları hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;
  • İnsan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılması, bununla bağlı zəruri texniki platformanın hazırlanmasını təşkil etmək ilə bağlı təkliflər vermək;
  •  Aylıq olaraq görülmüş işlər barədə idarə rəisinə hesabat vermək.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.Email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.


  

Azərsun Holdinq MMC


1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.