Texniki Hesabat üzrə Mühəndis
Tələb olunan bilik və bacarıqlar:
✔ İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil
✔ Tikinti sahəsində minimum 3-5 il iş təcrübəsi
✔ Forma N-2 və ƏDV prosedurlarında təcrübə
✔ Texniki və maliyyə hesabatların hazırlanmasında bacarıqlı
✔ MS Office və smeta proqramlarında işləmə bacarığı
✔ Diqqətli, dəqiq və məsuliyyətli iş yanaşması
Əsas vəzifə öhdəlikləri:
🔹 Tikinti və layihələr üzrə iş həcmlərinin və maliyyətlərinin normativlərə əsasən hesablanması
🔹 Aylıq rəsmi görülən işlərə Forma N-2 tərtibi, işçilik və sosial ödənişlərin hesablanması
🔹 ƏDV (18%) hesablanması və mühasibatlığa təqdim edilməklə ödənişlərin təmin olunması
🔹 Anbar mədaxil materiallarının norma üzrə sərfiyyatının hesablanaraq balansdan silinməsi
🔹 Gömrükdən daxil olan xarici materialların təsliminə nəzarət
🔹 Texniki hesabatların hazırlanması, material dəyəri və miqdarının çıxarılması
🔹 Layihə üzrə nəzərdə tutulan və faktiki görülən işlərin müqayisəli analizi 🔹 Təşkilatlararası müqavilə şərtlərinin icrasına nəzarət və koordinasiya
🔹 İnşaat materiallarının tam işlənməsinə nəzarət və təşkilatlararası satışın təşkili
🔹 Tikinti norma və qaydalarının tətbiqi və texniki sənədləşmənin vaxtında tamamlanması
🔹 Mühəndis qrafik layihələrinin təhlili və smeta hazırlanması
🌟 Sizi nə gözləyir?
• Kompleks layihələrdə iştirak imkanı
• Peşəkar mühəndis komandası ilə əməkdaşlıq
• İnkişaf yönümlü şirkət mədəniyyəti
📍 İş yeri: Bakı şəhəri
🕘 İş Qrafiki: Həftə içi 5 gün | 09:00 – 18:00
🍽️ Nahar şirkət tərəfindən təmin olunur
🚌 Nəqliyyat dəstəyi mövcuddur
📩 CV göndərmək üçün: CV@azersun.com
📌 Mövzu hissəsində: “Texniki Hesabat üzrə Mühəndis”