Ticari Marketinq üzrə Bölmə rəisi (Paxlalı, hazır qida və donmuş məhsul kateqoriyası üzrə)

Müəssisə:  SUN FOOD MMC

Vakansiya: Ticari Marketinq üzrə Bölmə rəisi (Paxlalı, hazır qida və donmuş məhsul kateqoriyası üzrə)


Tələblər:  

 

  • Müvafiq sahə üzrə ali təhsili olmalı;
  • FMCG sahəsi üzrə 5 ildən artıq il iş təcrübəsi olmalı;
  • Analitik təhlil,strateji düşünmə,statistic,riyazi biliklər və problem həlletmə,idarəetmə bacarığı
  • MS office proqram paketini yaxşı səviyyədə bilməli;
  • Dəqiqlik,nizam-intizam,məsuliyyətlilik və kollektivlə işləmə bacarığı

 

Vəzifə Öhdəlikləri:
 

  • Rəhbərlikdən gələn təlimatların komandaya ötürülməsi və həyata keçirilməsini təmin etmək
  • İllik büdcələrin bölünməsi və icra olunmasına nəzarət edilməsi
  • Günlük, aylıq, rüblik və illik kanallar arası büdcə hədəflərinin reallaşması və xərclərin yoxlanılması
  • Sahə fəaliyyətlərinin tərtib edilməsi və tədbiq edilməsi
  • Layihə təkliflərinin verilməsi və komanda şəklində icra olunmasını təmin edilməsi
  • Bazar dinamikalarının, rəqabətin analiz edilməsi və uyğun tədbirlərin alınmasına nəzarət və bununla bağlı rəhbərliyə hesabatın verilməsi
  • Kateqoriyanın verdiyi strategiyaların tədbiq olunması və satışla konsensus saxlanılması
  • Mağaza daxili performansın ölçülməsi və dəyərləndirilməsi
  • Mağaza daxili tədbirlərin planlaşdırılması
  • Aylıq, rüblik, illik tədbirlər planlarının hazırlanması və tədbiq olunması
  • Satış və məhsul qrupunun arasında komunikassiya yaratmaq
  • Aylıq satış hərəkətləri, məhsuldarlıq, sahə performansı, satış rəqabət məlumatlarının analizi və aydiyyəti bölmələrlə paylaşılması
  • Yeni məhsulların bazarda yerləşdirilməsi və satış öncəsi satınalma nöqtəsi və satışa dəstək olacaq alətlərin kateqoriya və satışla koordinasiyalı şəkildə hazırlanması
  • Sahə ziyarətləri və ziyarət sonrası hesabatların hazırlanaraq tədbirlərin alınmasının təmin edilməsi
  • Aylıq portfel hesabatlarının hazırlanması və rəhbərə təqdim olunması
  • Komandanın verilən tapşırıqları zamanında və keyfiyyətli şəkildə icra etməsinin təmin edilməsi


Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
 Email-in mövzu hissəsində
Ticari Marketinq üzrə Bölmə rəisi (Paxlalı, hazır qida və donmuş məhsul kateqoriyası üzrə) qeyd etməyiniz xahiş olunur.

İş Qrafiki:
Həftə içi 5 gün

İş Yeri:
Bakı şəhəri

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.