Xəzinədarlıq departamentinə baş mütəxəssis

Müəssisə:  AZ SƏNAYE BANKI ASC

Tələblər:

 

  • Ali təhsilli (iqtisadi);
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Əla;
  • Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;
  • Təcrübə: minimum 2 il (əlaqədar sahə üzrə);
  • Məntiqi və analitik düşünmə tərzi;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti

 

İş haqqında məlumat:

 

  • Departamentin fəaliyyətinə aid gündəlik bank proqramı üzərindən əməliyyatları icra etmək;
  • Departamentin fəaliyyətinə aid digər struktur bölmələri tərəfindən həyata keçirilən əməliyyatların düzgün icra edilməsinə nəzarət etmək;
  • Departamentə aid əməliyyatlar üzrə ödənişlərin SWIFT proqramına daxil edilməsini və müvafiq səlahiyyətli şəxslər tərəfindən icra edilməsini təmin etmək;
  • Filiallarda baş verən bütün növ problemləri səlahiyyətlər çərçivəsində aradan qaldırmaq;
  • Gündəlik olaraq bankdaxili nağd və qeyri-nağd valyuta məzənnələrini hazırlamaq və təsdiq üçün əlaqədar səlahiyyətli şəxslərə təqdim etmək, eyni zamanda lazımi hallarda valyuta məzənnələrinin yenidən müəyyən edilməsini və həmin məzənnələrin müvafiq struktur bölmələrinə çatdırılmasını və bu məzənnələrin bank proqramına daxil edilməsini təmin etmək;
  • Bankın Valyuta mövqeyi və müştərilərin valyuta əməliyyatları üzrə tələbləri nəzərə alınaraq verilmiş səlahiyyətlər çərçivəsində Bankın adından daxili və xarici valyuta bazarlarında dilinq əməliyyatlarını həyata keçirmək;
  • Yerli və xarici banklar, habelə digər maliyyə kredit təşkilatlarından banka uyğun şərtlərlə kredit alınması və maliyyə resurslarının cəlb olunması, cəlb olunmuş resursların vaxtında qaytarılması ilə əlaqədar lazımi işləri həyata keçirmək;
  • Müştərilərdən cəlb edilmiş depozitlərin nəzarətdə saxlanılması və bu vəsaitlərin idarə olunması;
  • Banklararası bazarlarda və Bankın müştəriləri ilə derevativ alətlərlə əməliyyatların aparılması.

 

İş vaxtının norması:

 

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

 

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

 

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Servis xidməti mövcuddur;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

 

İş yeri:

 

  • Bakı şəhəri.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  cv@azersun.com  elektron ünvanına göndərə  bilərlər;

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xəzinədarlıq departamentinə baş mütəxəssisgöstərməyiniz xahiş olunur