İnsan Resursları üzrə mütəxəssis

Müəssisə:  AZƏRSUN KƏND TƏS. MƏH MMC

Vakansiyanın adı: İnsan resursları üzrə mütəxəssis ( Biləsuvar)
 

Namizədə aid tələblər:

 

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 2  il iş təcrübəsi;
  • Microsoft Excel ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Azərbaycan dili – sərbəst; rus və ya ingilis dilləri üstünlük hesab edilir;
  • Məsuliyyətlilik və hesabatlılıq;
  • Analitik düşünmə və qərarvermə qabiliyyəti;
  • Ünsiyyətcil və kollektivdə işləmə bacarığı.

 

 

Vəzifə öhdəlikləri:

 

  • Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisə, idarə və təşkilatlarda işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifəsinin böyüdülməsi, mükafatlandırılması, kadrların ixtisasının artırılması, məzuniyyətin verilməsi və s. işləri yerinə yetirir.
  • İşçilərin şəxsi işlərini aparır, formalaşdırır. İşçi heyəti üzrə perspektiv planları işləyib hazırlayır.
  • Kadrların seçilməsi və düzgün yerləşdirilməsi, fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və şagirdlərə istehsalat təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair təkliflər hazırlayır.
  • Müəssisə, idarə və, təşkilatların kadrlara olan tələbatı haqqında lazımi yerlərə məlumat verir.
  • Kadr axının səbəblərini öyrənir, onun aradan qaldırılması üçün tədbirlər hazırlayır və rəhbərliyə təqdim edir.
  • İxtisas və attestasiya komissiyalarına lazım olan materialları hazırlayır, attestasiya komissiyasının işində bilavasitə iştirak edir.
  • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edir.
  • Şəxsi işlərin arxivini aparır, vaxtı keçmiş işlərin dövlət arxivinə verilməsini təşkil edir.
  • Kadrlar üzrə hesabatların tərtib və tələb olunan yerə vaxtında təqdim edilməsinə rəhbərlik edir.
  • Müəssisə, idarə və təşkilatlarda verilmiş əmr və göstərişlərin layihələrinin yuxan təşkilatın göstərişlərinə uyğun olub-olmadığını yoxlayır.
  • İcrası tələb olunan tapşırıqlar üzrə nəzarəti həyata keçirir. Onların yerinə yetirilməməsi səbəblərini araşdırır və lazımi tədbirlər görür.


 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “ İnsan resursları üzrə mütəxəssis ( Biləsuvar) ” qeyd etməyiniz xahiş olunur.

İş Qrafiki:

•    Həftə içi 5 gün, 09:00-18:00

İş Yeri: 

•    Biləsuvar

 

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.