Baş Mühasib (Biləsuvar)

Müəssisə:  AZƏRSUN KƏND TƏS. MƏH MMC

Tələblər: 

•    Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
•    Baş mühasib kimi ən azı 3-5 il iş təcrübəsi;
•    Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;

•    Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
•    Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
•    MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
•    ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli 

•    Peşəkar mühasibatlıq sertfikatına malik olmalı

 

İş haqqında:  

•    Vergi, statistika və DSMF hesabatların hazırlanması;
•    Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
•    Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;

•    Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
•    Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Baş mühasib” qeyd etməyiniz xahiş olunur.

 

İş Qrafiki:

•    Həftə içi 5 gün, 09:00-18:00

Ünvan: 

•    Biləsuvar

 

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.