Talep No:  31674

Elektronika mühəndisi Biləsuvar

Müəssisə:  AZƏRSUN KƏND TƏS. MƏH MMC

Vakansiya : Elektronika mühəndisi

Tələblər: 

  • Elektronika və ya əlaqəli sahədə ali təhsil.
  • Sahə üzrə minimum 2 il təcrübə.
  • Mövcud sistemlərin texniki baxışı və təkmilləşdirilməsi.
  • Elektrik sxemlərinin hazırlanması və oxunması.
  • Ölçü və test avadanlıqları ilə işləmək.
  • Nasazlıqların diaqnostikası və aradan qaldırılması.
  • Texniki sənədlərin hazırlanması və hesabatların təqdim edilməsi.
  • MS Office proqramlarının mükəmməl biliyi.
  • Analitik düşünmə və problem həll etmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Elektron avadanlıqların və sistemlərin layihələndirilməsi, inkişaf etdirilməsi və prototipləşdirilməsi.
  • Elektron sxemlərin hazırlanması və ya mövcud sxemlərin optimallaşdırılması.
  • Mikroprosessor/mikrokontroller əsaslı idarəetmə sistemlərinin hazırlanması (məsələn: Arduino, STM32, PIC və s.)
  • PCB (Printed Circuit Board) lövhələrinin tərtibatı (Altium Designer, Eagle və s.)
  • Avadanlıqlarda və dövrələrdə yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması.
  • Test, kalibrləmə və verifikasiya işlərinin aparılması.
  • Sensor, aktuator, motor və sürücü sistemləri ilə işləmək.
  • Sənaye avtomatlaşdırma sistemlərinin (PLC, SCADA və s.) tərtibi və inteqrasiyası (əgər tətbiq edilirsə)
  • İstehsalat və ya layihələr üçün texniki sənədlərin hazırlanması.
  • Texniki təhlükəsizlik və sənaye standartlarına uyğunluğun təmini.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi.
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə.
  • Nahar şirkət tərəfindən təmin edilir.

Ünvan: Biləsuvar rayonu

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Elektronika mühəndisi Biləsuvar” qeyd etməyiniz xahiş olunur.