Talep No:
25642
Hüquqşünas Biləsuvar
Müəssisə:
AZƏRSUN KƏND TƏS. MƏH MMC
Tələblər:
- Hüquq sahəsində ali təhsil;
- Hüquq sahəsi üzrə minimum 1 il iş təcrübəsinə malik olmalı;
- Mülki Məcəllə,MPM,İXM,Vergi məcəlləsi, Əmək Məcəlləsi, Cinayət Məcəlləsi və Torpaq Məcəlləsi ilə iş sahəsində təcrübə olmalı;
- Əməyin təhlükəsizliyi və iş qəzaları zamanı Dövlət orqanları ilə iş sahəsində təcrübə olmalı;
- Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
- Azərbaycan dilində mükəmməl danışıq və yazı bacarığı. Rus və ingilis dillərini bilməsi arzuolunandır;
- MS Office proqramlarında iş bacarığı;
- Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı;
- Yüksək araşdırma və tədqiqat bacarığı olmalı;
Vəzifə öhdəlikləri:
- Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
- Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi;
- Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həlli;
- Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
- Protokolların hazırlanması;
- Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
- Məhkəmədə və digər dövlət orqanlarında MMC-ni hüquqi nümayəndəsi kimi təmsilçilik;
- Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Biləsuvar rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Hüquqşünas Biləsuvar” qeyd etməyiniz xahiş olunur.