Talep No:
26665
Toxumçuluq mütəxəssisi
Müəssisə:
AZƏRSUN KƏND TƏS. MƏH MMC
Tələblər:
- Ali təhsil;
- Sahə üzrə ən az 3 il təcrübə;
- MS Office proqramlarının mükəmməl biliyi;
- İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
- Komanda ilə işləmək və ünsiyyət bacarığı;
- Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.
Vəzifə öhdəlikləri:
- Kənd təsərrüfatı bitkilərinin çoxaldılması, tədarükü və istifadəsinə yönəldilmiş elmi, aqrotexniki və təşkilati tədbirlərdə iştirak edir və təkminləşdirməsini həyata keçirir;
- Toxum çeşidləri haqqında məlumatlı olmaq;
- Torpaq və hava temperaturuna uyğun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;
- Əkin bitkiləri miqdarını və növlərini hazırlamaq;
- Əkin və məhsuldarlığın artırılması üçün tədqiqatlar aparmaq;
- Toxumun dözümlülük, qidalanma dəyəri və keyfiyyət kimi xüsusiyyətlərini inkişaf etdirmək və nəticələri barəsində hesabatlar hazırlamaq.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Biləsuvar rayonu
Qeyd: Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Toxumçuluq mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.