Talep No:  24280

Brend üzrə Baş mütəxəssis

Müəssisə: 

Vakansiya : Brend üzrə Baş mütəxəssis

Tələblər
•    Müvafiq sahə üzrə ali təhsili olmalı;
•    Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi olmalı;
•    Rus dilini və İngilis dili biliyi arzuolunandır;
•    MS office yaxşı səviyyədə bilməli:

İş Haqqında Məlumat
•    Marka imicinin idarə edilməsi və təkmilləşdirilməsi üçün yeni brend kampaniyalarının başlanması və inkişaf etdirilməsi;
•    Yaradıcı agentliyə marka ünsiyyət dilinə uyğun brif verilməsi və prosesin idarə edilməsi;
•    Marka kampaniyaları ilə bağlı hesabatların hazırlanması;
•    Reklam material dizaynlarının hazırlanması üçün agentliklərin məlumatlandırılması, müvafiq proqramı vasitəsi ilə kod açılması və sifariş tələbinin formalaşdırılması və marketlərdə yerləşdirilməsinin təmin edilməsi;
•    Görülmüş xidmətlər qarşılığında agentlik ödəniş sənədlərinin qəbul edilməsi, ödəniş tələbinin açılması və ödənilməsinin təqib edilməsi;
•    Yeni məhsul üçün şirkət daxili müvafiq proqramında etiket və məhsul tələblərinin açılması;
•    Mütəmadi olaraq satış analizlərinin hesabatlarının verilməsi və analiz nəticələrinə uyğun həll yönümlü təkliflərin verilməsi;
•    TV, rəqəmsal və digər reklam məcralarında verilmiş reklamların izlənilməsi və effektivliyin artırılması üçün təkliflər verilməsi;
•    Mütəmadi olaraq ediləcək market ziyarətləri hesabatlarının hazırlanması və aşkarlanmış uyğunsuzluqların hesabatlarda qeyd edilərək düzəldilməsi üçün satış komandasına məlumat verilməsi;
•    Məsul olduğu kateqori, marka portfelində məhsul satışlarını izlənilməsi lazımi optimizasiya təkliflərinin verilməsi;
•    Agentlik tərəfindən göndərilən aylıq rəqəmsal post və media plana fikir bildirməsi;
•    Marketing büdcəsinin kənarlaşmaması və uyğun xərcləmələrin edilməsinin təqib edilməsi;
•    Keçirilmiş marketing kampaniya pressreliz mətnlərinin yazılması;
•    Ticarət marketinq və satış komandası ilə sıx əlaqədə olmaqla satış artırma yönümlü təkliflər hazırlanması;
•    Anbar qalıqlarının izlənilməsi, dövr etməsi zəif olan məhsullarla ilgili önləm alınması üçün satış və ticari marketinq komandasının məlumatlandırılması;
•    Yeni məhsulun ideyasından başlayaraq bazara təqdim edilməsinə qədər olan prosesdə lazımı adamlarla əlaqədə olmaq və məhsulun zamanında bazara təqdim edilməsini təmin etmək;
•     Rəqabətcil məhsul qiymət strategiyalarının hazırlanması;


📍 İş yeri: Bakı şəhəri

🍽️ Nahar şirkət tərəfindən təmin olunur
🚌 Nəqliyyat dəstəyi mövcuddur

📩 Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Brend üzrə Baş mütəxəssis - 24280" qeyd etməyiniz xahiş olunur.