Brend üzrə mütəxəssis
Vakansiya: Brend üzrə Mütəxəssis (“Sun Food” MMC)
Tələblər
• Marketinq sahəsi üzrə ali təhsill;
• Müvafiq sahədə ən az 1-3 illik iş təcrübəsi;(FMCG sektoru üzrə təcrübə üstünlükdür)
• Rus və İngilis dillərini yüksək səviyyədə bilməli;
• MS Office proqramlarını bilməli;
• Marketinq sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür;
• Rəqib markalar və kateqoriyaların inkişaf trendlərini izləməyi bacarmalı, iqtisadi vəziyyətə görə analizetmə, daxili bazara təsir edə biləcək təhlilləri verəbilmə bacarığına sahib olmalı;
Vəzifə Öhdəlikləri
- Marka imicinin idarə edilməsi və təkmilləşdirilməsi üçün yeni brend kampaniyalarının başlanması və inkişaf etdirilməsi Yaradıcı agentliyə marka ünsiyyət dilinə uyğun brief verilməsi və prosesin idarə edilməsi
- Marka kampaniyaları ilə bağlı hesabatların hazırlanması
- 4Reklam material dizaynlarının hazırlanması üçün agentliklərin məlumatlandırılması, müvafiq proqramı vasitəsi ilə kod açılması və sifariş tələbinin formalaşdırılması və marketlərdə yerləşdirilməsinin təmin edilməsi
- Görülmüş xidmətlər qarşılığında agentlik ödəniş sənədlərinin qəbul edilməsi, ödəniş tələbinin açılması və ödənilməsinin təqib edilməsi
- Yeni məhsul üçün şirkət daxili müvafiq proqramında etiket və məhsul tələblərinin açılması
- Mütaəmadi olaraq satış analizlərinin hesabatlarının verilməsi və analiz nəticələrinə uyğun həll yönümlü təkliflərin verilməsi
- TV, rəqəmsal və digər reklam məcralarında verilmiş reklamların izlənilməsi və effektivliyin artırılması üçün təkliflər verilməsi
- Mütəmadi olaraq ediləcək market ziyarətləri hesabatlarının hazırlanması və aşkarlanmış uyğunsuzluqların hesabatlarda qeyd edilərək düzəldilməsi üçün satış komandasına məlumat verilməsi
- Məsul olduğu kateqori , marka portfelində məhsul satışlarını izlənilməsi lazımi optimizasiya təkliflərinin verilməsi
- Agentlik tərəfindən göndərilən aylıq rəqəmsal post və media plana fikir bildirməsi
- Marketing büdcəsinin kenarlaşmaması və uyğun xərcləmələrin edilməsinin təqib edilməsi
- Keçirilmiş marketing kampaniya pressreliz mətnlərinin yazılması
- Ticarət marketinq və satış komandası ilə sıx əlaqədə olmaqla satış artırma yönümlü təkliflər hazırlanması
- Anbar qalıqlarının izlənilməsi , dövretməsi zəif olan məhsullarla ilgili önləm alınması üçün satış və ticari marketing komandasının məlumatlandırılması
- Yeni məhsulun ideyasından başlayaraq bazara təqdim edilməsinə qədər olan prosesdə lazımı adamlarla əlaqədə olmaq və məhsulun zamanında bazara təqdim edilməsini təmin etmək
- Rəqabətcil məhsul qiymət strategiyalarının hazırlanması
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Brend üzrə mütəxəssis (“Sun Food” MMC)” qeyd etməyiniz xahiş olunur.
İş Qrafiki:
Həftə içi 5 gün
İş Yeri:
Bakı şəhəri
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.