Talep No:  30297

Brend üzrə mütəxəssis

Müəssisə:  SUN FOOD MMC

“Azersun Holding” haqqında

Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.

Əsas tələblər: 

• Ali təhsil (Marketinq, Biznes idarəçiliyi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə)
• Marketinq, brand və ya category management sahəsində 2 il iş təcrübəsi
• Bazar analizi və istehlakçı davranışları üzrə biliklər
• MS Office (xüsusilə Excel və PowerPoint) proqramlarında yaxşı biliklər
• Yaradıcı və strateji düşünmə qabiliyyəti
• Komandada işləmək və ünsiyyət bacarıqları

Vəzifə öhdəlikləri:

  • Agentliklərə marka ünsiyyət dilinə uyğun təqdimat verilməsi, prosesin idarə etmək və nəticələndirmək.
  • Reklam və dizayn işlərinin aparılması, agentliklərlə işlərin görüşülməsi, daxili proqram vasitəsilə tələblərin formalaşdırmaq.
  • Müəssisəyə gələn sənədlərin qəbul edilməsi, hazırlanması və ödənişə təqdim etmək.
  • Məsul olduğu kateqoriya məhsullarının satışlarının izlənilməsi, problemlərin aşkarlanması ve həll yolları təkliflərinin verilməsi. Əlavə olaraq rəhbərliyə davamlı olaraq satış vəziyyəti haqqında məruzə etmək.
  • Agentlik tərəfindən göndərilən media planlarını rəhbərlik gorüşünü alaraq cavablamaq, işləri idarə etmək.
  • Keçirilmiş marketinq kampaniyası press-reliz mətnlərinin yazılması.
  • Anbarda məhsul qalıqlarının izlənilməsi, satışı zəif olan  məhsullarla bağlı tədbir alınması üçün aidiyyatı şöbələrin məlumatlandırılması və nəticənin izlənilməsi.
  • Mətbəəyə çapa gedəcək etiketlərin son olaraq müvafiq sistem üzərindəki etiket dizaynı ilə qarşılaşdırılaraq yoxlanılması, çapa uyğunluq verilməsi. Lazım olduqda tədarükçü firmaya gedilərək yerində qərar bildirilməsi.
  • Kateqoriyaya məxsus məhsullar üçün barkod sistemi üzərindən məhsul haqqında məlumatların doldurulması və barkodların təmin olunması.
  • Marka strategiyasına uyğun layihələrin və tədbirlərin keçirilməsini təşkil etmək.
  • Şəbəkə marketlər üçün məhsul tanıdılması məlumat formlarının doldurulması və satış şöbəsi ilə paylaşmaq.
  • Bazarın davamlı təqib edilməsi və kateqoriya maraqlarına uyğun yeni fürsətlərin rəhbərliyə təqdim edilməsi.
  • Yeni marketinq trendlərin izlənilməsi və müvafiq kateqoriyaya tətbiqi.
  • Sərgi və tədbirlərdə markanı təmsil etmək.
  • Rəhbərlik tərəfindən uyğun görülən yeni məhsul çalışmalarının aparılması.
  • Bazarda məhsulların tələblərə uyğun satışının təşkil edilməsi ilə bağlı vaxtaşırı ziyarətlər edərək təsbitləri yazılı məruzə etmək.
  • Rəqib məhsulların davamlı izlənilməsi, qiymət dəyişiklikləri ilə bağlı rəhbərliyə raport hazırlanması.
  • Kateqoriya işlərinə aid rəhbərlikdən gələn təlimatları icra etmək.

Biz nə təklif edirik?

  • İş yeri: Bakı şəhəri, Azersun Holding (Baş Ofis)
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Nəqliyyat: Şirkət tərəfindən təmin olunur
  • İş mühiti: Regionun aparıcı FMCG şirkətlərindən birində dinamik və innovativ korporativ mühitdə çalışma imkanı 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Brend üzrə mütəxəssis - 30297” qeyd etməyiniz xahiş olunur.