Brend üzrə mütəxəssis

Müəssisə:  SUN FOOD MMC

Vakansiya: Brend üzrə mütəxəssis

 

Tələblər:

 

  • Marketinq və ya əlaqəli sahədə Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, MBA ixsisasları üstünlükdür);
  • Marketinq üzrə 2-3 il minimum iş təcrübəsi; (Qida və qeyri qida istehsalatı təcrübəsi mütləqdir);
  • İngilis dili və ya Rus dili biliyi arzu olunandır (hər ikisi üstünlükdür);
  • MS office proqramlarında hesabat və təqdimatların hazırlanmasını bilməli;
  • Yaradıcı, innovativ və strateji  düşünmə bacarığı;
  • Komandada işləmə, mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
  • Ezamiyyətə gedə bilməli.

 

Vəzifə öhdəlikləri:

 

  • Marka imicinin idarə edilməsi və təkmilləşdirilməsi  üçün yeni brend kampaniyalarının başlanması və inkişaf etdirilməsi;
  • Yaradıcı agentliyə  marka ünsiyyət dilinə uyğun brief verilməsi və prosesin idarə edilməsi;
  • Marka kampaniyaları ilə bağlı hesabatların hazırlanması;
  • Reklam material dizaynlarının hazırlanması üçün agentliklərin məlumatlandırılması, müvafiq proqramı vasitəsi ilə kod açılması və sifariş tələbinin formalaşdırılması və marketlərdə yerləşdirilməsinin təmin edilməsi;
  • Görülmüş xidmətlər qarşılığında agentlik ödəniş sənədlərinin qəbul edilməsi, ödəniş tələbinin açılması və ödənilməsinin təqib edilməsi;
  • Yeni məhsul üçün şirkət daxili müvafiq proqramında etiket və məhsul tələblərinin açılması;
  • Mütəmadi olaraq satış analizlərinin  hesabatlarının verilməsi və analiz  nəticələrinə uyğun həll yönümlü təkliflərin verilməsi;
  • Tv, rəqəmsal və digər reklam məcralarında verilmiş reklamların izlənilməsi və effektivliyin artırılması üçün təkliflər verilməsi;
  • Mütəmadi olaraq ediləcək market ziyarətləri hesabatlarının hazırlanması və  aşkarlanmış uyğunsuzluqların hesabatlarda qeyd edilərək düzəldilməsi üçün satış komandasına məlumat verilməsi;
  • Məsul olduğu kateqori, marka portfelində məhsul satışlarını izlənilməsi lazımi optimizasiya təkliflərinin verilməsi;
  • Agentlik tərəfindən göndərilən aylıq rəqəmsal post və media plana fikir bildirməsi;
  • Marketing büdcəsinin kənarlaşmaması və uyğun xərcləmələrin edilməsinin təqib edilməsi;
  • Keçirilmiş marketing kampaniya pressreliz mətnlərinin  yazılması;
  • Ticarət marketinq  və satış komandası ilə sıx əlaqədə olmaqla satış artırma yönümlü təkliflər hazırlanması;
  • Anbar qalıqlarının izlənilməsi, dövretməsi zəif olan  məhsullarla ilgili önləm alınması üçün satış və ticari  marketing komandasının məlumatlandırılması;
  • Yeni məhsulun ideyasından başlayaraq bazara təqdim edilməsinə qədər olan prosesdə lazımı adamlarla əlaqədə olmaq və məhsulun zamanında bazara təqdim edilməsini təmin etmək;
  • Rəqabətcil məhsul qiymət strategiyalarının hazırlanması;
  • Kateqoriya , marka və kanal strategiyalarının hazırlanması;

 

İş şərtləri:

  • Həftə içi 5 gün 09:00-18:00.

 

İş Yeri:

  • Bakı şəhəri.

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Brend üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

 

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.