Talep No:  21729

Brend Menecer ("Sun Food" MMC)

Müəssisə:  SUN FOOD MMC

Vakansiya: Brend Menecer (“Sun Food” MMC)

 

Tələblər

 

  • Marketinq sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahədə ən azı 5-7 illik iş təcrübəsi (FMCG sektoru üzrə təcrübə üstünlükdür);
  • Rus və ingilis dillərini yüksək səviyyədə bilmək;
  • MS Office proqramlarını bilmək;
  • Marketinq sahəsi ilə əlaqədar sertifikatların olması üstünlükdür;
  • Rəqib markalar və kateqoriyaların inkişaf trendlərini izləmək, iqtisadi vəziyyətə uyğun analiz aparmaq, daxili bazara təsir edə biləcək təhlillər hazırlamaq bacarığı.

 

Vəzifə öhdəlikləri

 

  • Marka imicinin idarə edilməsi və təkmilləşdirilməsi üçün yeni brend kampaniyalarının hazırlanması və həyata keçirilməsi;
  • Yaradıcı agentliyə marka ünsiyyət dilinə uyğun brieflərin verilməsi və prosesin idarə olunması;
  • Marka kampaniyaları ilə bağlı hesabatların hazırlanması;
  • Reklam materiallarının dizaynı üçün agentliklərin məlumatlandırılması, müvafiq proqram vasitəsilə sifarişlərin formalaşdırılması və marketlərdə yerləşdirilməsinin təmin edilməsi;
  • Görülmüş xidmətlər üzrə agentlik ödəniş sənədlərinin qəbul edilməsi, ödəniş tələblərinin hazırlanması və icrasının təqibi;
  • Yeni məhsullar üçün şirkət daxili proqramda etiket və məhsul tələblərinin açılması;
  • Müntəzəm olaraq satış analizlərinin aparılması, hesabatların hazırlanması və nəticələrə uyğun həll yönümlü təkliflərin verilməsi;
  • TV, rəqəmsal və digər reklam məcralarında yayımlanan reklamların izlənməsi və effektivliyin artırılması üçün təkliflərin hazırlanması;
  • Müntəzəm market ziyarətlərinin həyata keçirilməsi, hesabatların hazırlanması və aşkarlanmış uyğunsuzluqlar barədə satış komandasının məlumatlandırılması;
  • Məsul olduğu kateqoriya və marka portfelində məhsul satışlarının izlənməsi, optimallaşdırma üzrə təkliflərin verilməsi;
  • Agentlik tərəfindən göndərilən aylıq rəqəmsal post və media planlara rəy bildirilməsi;
  • Marketinq büdcəsinin icrasına nəzarət edilməsi və xərclərin uyğunluğunun təmin olunması;
  • Keçirilmiş marketinq kampaniyalarına dair press-reliz mətnlərinin hazırlanması;
  • Ticarət marketinqi və satış komandası ilə sıx əməkdaşlıq edərək satış yönümlü təkliflərin hazırlanması;
  • Anbar qalıqlarının izlənməsi, dövriyyəsi zəif olan məhsullarla bağlı satış və ticari marketinq komandasının məlumatlandırılması;
  • Yeni məhsulun ideyadan bazara təqdimatına qədər olan prosesdə iştirak etmək və məhsulun vaxtında bazara çıxarılmasını təmin etmək;
  • Rəqabətcil məhsul qiymət strategiyalarının, həmçinin kateqoriya, marka və kanal strategiyalarının hazırlanması;
  • Tabeliyində olan işçilərin inkişafı və vəzifədə irəli çəkilməsi, müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinin təmin olunması.

 

İş qrafiki:

Həftə içi 5 gün

 

İş yeri:
Bakı şəhəri

 

 

Müraciət üçün:


Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçt ünvanına göndərə və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. E-mail-in mövzu hissəsində “Brend Menecer (“Sun Food” MMC)” qeyd etməyiniz xahiş olunur.

 

 

Azərsun Holdinq MMC
1991-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ölkənin qabaqcıl şirkətlərindəndir.