Talep No:  21729

Brend Menecer (qeyri qida kateqoriyası üzrə)

Müəssisə:  SUN FOOD MMC

 

Azərsun Holdinq MMC

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida və qeyri qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, bu gün regionun ən dinamik və gələcəyə yönəlmiş şirkətlərindən biridir.

Azersun Holding olaraq, biz davamlı biznes prinsiplərinə əsaslanaraq bu gün və gələcək nəsillər üçün dəyər yaratmağı hədəfləyirik.

İstehlakçılarımız, müştərilərimiz və tərəfdaşlarımızla həyatın dəyərli anlarını paylaşır, gündəlik həyatı yaxşılaşdıran etibarlı brendlər və innovativ məhsullar təqdim edirik.

 

Tələblər:

  • Ali təhsil (Biznes/Marketinq və əlaqəli sahə)
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (FMCG sektoru üzrə təcrübə əlavə üstünlükdür)
  • Güclü kommunikasiya, koordinasiya və təqdimat bacarıqları
  • Rus və ingilis dillərini yüksək səviyyədə bilmək;
  • MS Office proqramlarını bilmək;
  • Marketinq sahəsi ilə əlaqədar sertifikatların olması üstünlükdür;
  • Rəqib markalar və kateqoriyaların inkişaf trendlərini izləmək, iqtisadi vəziyyətə uyğun analiz aparmaq, daxili bazara təsir edə biləcək təhlillər hazırlamaq bacarığı

 

Vəzifə öhdəlikləri:

  • Marka imicinin idarə edilməsi və təkmilləşdirilməsi üçün yeni brend kampaniyalarının hazırlanması və həyata keçirilməsi;
  • Yaradıcı agentliyə marka ünsiyyət dilinə uyğun brieflərin verilməsi və prosesin idarə olunması;
  • Marka kampaniyaları ilə bağlı hesabatların hazırlanması;
  • Reklam materiallarının dizaynı üçün agentliklərin məlumatlandırılması, müvafiq proqram vasitəsilə sifarişlərin formalaşdırılması və marketlərdə yerləşdirilməsinin təmin edilməsi;
  • Müntəzəm olaraq satış analizlərinin aparılması, hesabatların hazırlanması və nəticələrə uyğun həll yönümlü təkliflərin verilməsi;
  • TV, rəqəmsal və digər reklam məcralarında yayımlanan reklamların izlənməsi və effektivliyin artırılması üçün təkliflərin hazırlanması;
  • Müntəzəm market ziyarətlərinin həyata keçirilməsi, hesabatların hazırlanması və aşkarlanmış uyğunsuzluqlar barədə satış komandasının məlumatlandırılması;
  • Məsul olduğu kateqoriya və marka portfelində məhsul satışlarının izlənməsi, optimallaşdırma üzrə təkliflərin verilməsi;
  • Marketinq büdcəsinin icrasına nəzarət edilməsi və xərclərin uyğunluğunun təmin olunması;
  • Keçirilmiş marketinq kampaniyalarına dair press-reliz mətnlərinin hazırlanması;
  • Ticarət marketinqi və satış komandası ilə sıx əməkdaşlıq edərək satış yönümlü təkliflərin hazırlanması;
  • Yeni məhsulun ideyadan bazara təqdimatına qədər olan prosesdə iştirak etmək və məhsulun vaxtında bazara çıxarılmasını təmin etmək;
  • Rəqabətcil məhsul qiymət strategiyalarının, həmçinin kateqoriya, marka və kanal strategiyalarının hazırlanması;

 

İş Qrafiki: Həftə içi 5 gün

İş yeri: Bakı şəh., Azersun Holdinq Baş ofis

Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı

🍽️ Nahar şirkət tərəfindən təmin olunur
🚌 Nəqliyyat dəstəyi mövcuddur

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Brend Menecer (qeyri qida kateqoriyası üzrə) – 21729” qeyd etməyiniz xahiş olunur.