Talep No:  29378

Brend menecer

Müəssisə:  Sun Food MMC

“Azersun Holding” haqqında

Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.

Əsas tələblər: 

• Ali təhsil (Marketinq, Biznes idarəçiliyi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə)
• Marketinq, brand və ya category management sahəsində 3-5 il iş təcrübəsi
• Bazar analizi və istehlakçı davranışları üzrə biliklər
• Marka strategiyası və mövqeləndirmə anlayışına sahib olmaq
• Analitik düşünmə və təqdimat bacarıqları
• MS Office (xüsusilə Excel və PowerPoint) proqramlarında yaxşı biliklər
• Yaradıcı və strateji düşünmə qabiliyyəti
• Komandada işləmək və ünsiyyət bacarıqları yüksək səviyyədə olmaq

Vəzifə öhdəlikləri:

• Məhsul kateqoriyaları üzrə bazar həcmi, rəqabət və bazar dinamikalarının analizini aparmaq
• İstehlakçı davranışlarını, ehtiyac və satınalma motivasiyalarını təhlil etmək
• Kateqoriya və markalar üzrə araşdırma brieflərinin hazırlanmasına dəstək vermək
• Kateqoriya və marka strategiyalarının hazırlanmasında iştirak etmək
• Marka mövqeləndirilməsi və dizayn konseptlərinin hazırlanmasına dəstək olmaq
• Umbrella markalar üzrə ümumi strategiyaların müəyyənləşdirilməsi və tətbiqində iştirak etmək
• Marka strategiyasına uyğun marketinq kommunikasiya planlarının hazırlanmasında iştirak etmək
• Təsdiqlənmiş marketinq planlarının icrasından sonra nəticələrin analizini aparmaq
• Effektiv marketinq alətləri üzrə təkliflər hazırlamaq
• Yaradıcı agentliklərlə əməkdaşlıq edərək briefdən icraya qədər prosesi idarə etmək
• Yeni kateqoriya və alt kateqoriyaların yaradılması strategiyalarına dəstək vermək
• Yeni markaların yaradılması və inkişafı prosesində aktiv iştirak etmək
• Mövcud markaların ləğvi ilə bağlı qərarların qəbulunda iştirak etmək
• Global markaların portfelə daxil edilməsi və ya çıxarılması ilə bağlı proseslərdə iştirak etmək

Biz nə təklif edirik?

  • İş yeri: Bakı şəhəri, Azersun Holding (Baş Ofis)
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Nəqliyyat: Şirkət tərəfindən təmin olunur
  • İş mühiti: Regionun aparıcı FMCG şirkətlərindən birində dinamik və innovativ korporativ mühitdə çalışma imkanı 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Brend menecer - 29378” qeyd etməyiniz xahiş olunur.